Sidik kanalı divarlarının iltihab xəstəliyidir. Bütün xəstəliklərdə olduğu kimi həmin xəstəliyin müalicəsində erkən diaqnoz əhəmiyyətlidir. Erkən diaqnoz və müalicə xəstəliyin inkişaf etməsinə, digər infeksiya əsaslı xəstəliklərin meydana gəlməsinə və cinsi yolla bulaşmasına mane törədir.
Sidik kanalı zədələnməsi nəticəsində (məsələn, daş çıxarkən, müalicə və ya diaqnostik manipulyasiyalar zamanı), qida məhsullarına, dərman preparatlarına (selikli qişanı qıcıqlandıran maddələr əsasən sidik ifrazatı ilə birgə çıxır) allergik reaksiya və ya maddələr mübadiləsi pozulduqda selikli qişanın disfunksiyası təzahüründə inkişaf edən qeyri-infeksion uretriti fəqrləndirirlər. Çox vaxt uretrit infeksiya təbiətli olur.
Xroniki sistitdə, prostatitdə, balanopostitdə, vaginitdə və ya vulvovaginitdə, yaxınlıqda olan üzvlərin və toxumaların digər iltihab xəstəliklərində uretranın daimi olaraq mikroorqanizmlərlə toxumsuzlaşdırılması sidik kanalı selikli qişasının təbii müdafiə qabiliyyətini aşağı salır və burada iltihab prosesinin inkişafına səbəb olur. Soyuqlama və ümumi depressiya nəticəsində orqanizmin ümumi müdafiə qabiliyyətinin azalması buna meyllilik faktorudur.
Yoluxma cinsi əlaqə zamanı və venerik xəstəliklər törədiciləri (qonokokk, trixomonada, xlamidiya və s.) tərəfindən baş verə bilər.
Simptomlar və gedişat
Kəskin uretrit üçün yanğı, göynəmə, sidik kanalında sidiyə gedərkən güclənən ağrı. Kanalın xaricə çıxan deşiyi adətən qızarmış, şişkin, irinli və ya selikli ayrılmalar. Tədricən ağrı və şiş azalırlar, ayrılmalar hissolunmaz dərəcədə az olurlar. Bəzən onlar səhərlər bir neçə selikli damcı şəklində olurlar. Ayrılmaların miqdarı alkoqol, pivə, soyuqlama, cinsi ehtirasdan sonra arta bilər. Effektsiz müalicədə iltihab sidik sisteminin yuxarı şöbələrinə yayıla bilər: sidik kisəsinə (sistit), prostat vəzinə (prostatit) və s.
Diaqnoz
Diaqnoz xəstələrin şikayəti və müayinə əsasında qoyulur. Diaqnostikanın əsas komponenti uretradan götürülmüş ayrılmanın bakterioloji araşdırılmasıdır.
Müalicə
Uretranın müalicəsi iltihab prosesini törədən mikrofloranın yatırılmasına yönəlmişdir. Törədicinin həssaslığını nəzərə almaqla məqsədyönlü antibakterial terapiya təyin olunur və sidik kanalı antiseptik vasitələrlə yuyulur. Adekvat müalicə üçün həkimə müraciət etmək lazımdır və hər bir törədiciyə görə özünəməxsus müalicəsi olan venerik xəstəliyi ayırd etmək lazımdır. Uretritdən sağaldıqdan sonra, kişilər prostatitin inkişafının qarşısını almaq üçün uroloq müayinəsindən keçməlidirlər. Ancaq unutmaq lazım deyil ki, həmin xəstəlik zamanı 1 tərəfli müalicə kifayət deyil. Bu istiqamətdə müalicə aparılarkən cinsi əlaqədə olan hər iki şəxs müalicə olunmalıdır.
Profilaktika
Uretritin profilaktikasında cinsiyyət üzvlərinin və cinsi həyatın gigiyenası böyük əhəmiyyət kəsb edir.
Tarix: 16.01.2015 / 12:05 Müəllif: Aziza Baxılıb: 141 Bölmə: Urologiya