Günümüzdə texnoloji inkişaf digər sahələrdə olduğu kimi tibb sahəsinə də müsbət təsir göstərmişdir. Bunun sayəsində müalicə üsulları təkmilləşmiş və sadələşmişdir. Böyrək daşı müalicələrində istifadə olunan sadə üsullardan biri ESWL deyilən üsuldur. Bu metodla bədən xaricindən səs və şok dalğaları ilə böyrək daşlarının qırılması mümkün olur. Bu tamamilə narkozsuz, anesteziyasız edilən bir əməliyyatdır. Xüsusilə bəzi xəstə qruplarında, digər müalicələrə keçmədən əvvəl bu müalicə tətbiq olunur. Əgər böyrək daşı böyrək funksiyalarının yerinə yetirilməsinə ciddi çətinliklər törətmirsə və ya böyrəkdə ciddi tıxanmalar olmursa həmin insanlara sadə müalicə üsulları tətbiq olunur. Müalicədə 10-15 gün ərzində dərman qəbuluna fikir vermək, bəzi konservativ tədbirlərə əməl etmək vacibdir.
Ancaq daş, böyrək yollarını tıxamışsa, qızdırma halları olursa, böyrək iltihabı varsa, böyrəklərdə anadangəlmə problemlər olubsa, müalicə gecikdirilmədən edilməlidir. Bəzən dərmanlı böyrək filmi deyilən venadaxili pieloqrafiya (İVP), bəzən də dərmansız tomoqrafiya ilə daşın olduğu yer, böyrəyin vəziyyəti, daşın düşüb düşmədiyi müəyyən edilir.
Uretroskopiya üsulu sayəsində sidik kanalından girilərək daşları lazer ya da başqa bir daş qırma üsulu ilə zərərsizləşdirmək olur.
Endoskopik üsulla daş alına bilmədikdə açıq əməliyyatla da böyrəkdə olan daşlar çıxarmaq olar.
Tarix: 16.01.2015 / 12:04 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Urologiya