Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyrəklərin vərəmi

Vərəm mikobakteriyaları böyrəyə hematogen yollarla keçirlər. Bəzən böyrək vərəmi özünü dissemin vərəm kimi biruzə verir.

Böyrəkdə vərəm prosesinin baş verməsi üçün mikobakteriyaların daxil olmasından başqa münbit şərait də lazımdır, xüsusən də, orqanizmin xüsusi immun patoloji halı və böyrək toxuması və s. Patoloji prosesin sidik yollarına yayılması limfatik yollarla baş verir. Patoloji anatomik təsvirə xas olan müxtəlifliklər: xüsusi ekssudasiya və proliferasiya, xüsusi ziyillər, kavernozlar, böyrək məməciklərinin və sidik yollarının əyilməsi. Vərəm zədələnməsi ocağının ətrafında interstisial toxumanın qeyri-spesifik iltihabı inkişaf edir.

Simptomlar və gedişat

Xəstəliyin başlanğıcında heç bir xarakterik əlamət bilinmir. Zəiflikdən, yorğunluqdan, subfebril temperaturdan, bel nahiyəsində küt, qeyri-müəyyən ağrılardan şikayət sidiyin diqqətlə araşdırılmasını tələb edir. Xroniki piuriya – böyrək vərəminin ən çox rast gəlinən təzahürüdür, lakin mikrohematuriya da xəstəliyin ilkin simptomlarından biri ola bilər. Sidik demək olar ki, həmişə turş reaksiyalı olur, tərkibində çoxlu leykositlər olur, proteinuriya isə az ifadəlidir. Sidik adi mühitdə əkildikdə steril olaraq qalır, çünki mikobakteriyalar digər florada inkişaf edirlər, adi mühitdə isə bitmirlər.

Piuriya nadir hallarda xəstəni həkimə müraciət etməyə məcbur edir, çox vaxt onu sidikdə qan qarışığı olması və ya böyrək sancısı narahat edir. Patoloji prosesin sidik yollarına yayılması bel nahiyəsində ağrıların güclənməsi və əzablı dizuriya ilə müşaiyət olunur. Bəzən xəstəliyin gecikmiş diaqnostikasında prosesə uretra, prostat vəzi və xayalar artımları ilə birlikdə qoşulurlar.

Diaqnoz

Böyrəyin vərəmi diaqnozunu uroloji araşdırmalar əsasında qoyurlar, lakin qabaqcadan diaqnoz qoymaq da mümkündür, yadınızdadırsa pielonefrit maskası altında bəzən böyrək vərəmi keçir, aseptik piuriya sidikdə mikobakteriya olduğu halda ola bilər və xroniki sistitin yaranma səbəblərindən biri vərəmdir. Təkcə piuriya deyil, həm də mikrohematuriya, əgər onların səbəbləri dəqiqləşdirilməyibsə, sidiyin təkrarən vərəm mikobakteriyasına görə analiz olunması üçün bir şərtdir (xüsusi mühitdə əkmə). Vərəm mikobakteriyalarının sidikdə tapılması diaqnozu dəqiqləşdirir. Sidik sistemində vərəmin etibarlı əlaməti sidik kisəsinin selikli qişasında, həmçinin, vərəm ziyillərinin tapılması və piepoqramda kavern əlamətləridir. Böyrək vərəmindən şübhələndikdə xəstəyə uroloji araşdırılmalar təyin olunur.

Müalicə

Konservativ müalicə xüsusi vərəm əleyhinə vasitələrin tətbiqinə əsaslanır (izoniazid 300 mq gündə1 dəfə və ya rifampisin 300 mq gündə, 2 dəfə etambutol 400 mq gündə 3 dəfə) ilə birlikdə, əlavə olaraq orqanizmin müdafiə qabiliyyətini artıran tədbirlər. Müalicəni, adətən vərəm dispanserində və ya xüsusi xəstəxana və sanatoriyalarda (xüsusən də yaz-payız aylarında) aparırlar. Polikavernoz proses cərrahi müalicəni tələb edir.

Proqnoz

Proqnoz vaxtında diaqnoz qoyulduqda və müalicə edildikdə effektlidir.


Tarix: 16.01.2015 / 11:45 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Urologiya
loading...