Yaxın vaxtlara qədər belə hesab olunurdu ki, impotensiya və normal kişi bir-birinə uyğun olmayan anlayışlardır. İndi hamı başa düşür ki, impotensiya – ciddi patologiyadır və demək olar ki, insanlığın güclü yarısının hamısı bununla qarşılaşa bilər.
Kişi cins üzvündə ereksiyanın olmaması cinsi aktın baş tutmasına gətirir və impotensiya adlanır. Çox vaxt bu patoloji vəziyyət arzu (libido) və orqazmın yoxluğuna, sürətli toxumaxıtmaya (bu cinsi həyatı keyfiyyət və kəmiyyət baxımından aşağı salır) gətirir və kişinin psixi, emosional statusuna, səxsi və ailə münasibətlərinə xələl gətirir.
Uzun müddət ereksiyanın gücü və müddəti ilə baglı həkimə müraciət edən kişilərin hamısına "impotensiya" diaqnozu qoyulurdu. Lakin pasiyentlərin böyük əksəriyyətində sadəcə olaraq ereksiyanın gücü çatmır ki, normal cinsi akt baş versin. Bundan əlavə, məlum oldu ki, ereksiyası aşağı keyfiyyətli olan kişilərin sayı ereksiyası heç olmayan kişilərdən qat-qat çoxdur. Ona görə də indi daha çox "erektil disfunksiya" - ereksiyanın pozulması terminindən istifadə olunur, impotensiya isə sadəcə olaraq bu pozulmaların son dərəcəsidir.
Normal ereksiyanın heç olmadığı hala birincili, əvvəllər olduğu hala isə ikincili impotensiya deyilir. Hesab olunurdu ki, cinsi funksiya zaman keçdikcə azalmalıdır. Əslində bu belə deyil. Erektil disfunksiya törədən xəstəliklər olmadıqda kişilər keyfiyyətli cinsi həyatı 50 və 60 yaşında da yaşaya bilərlər.
Əvvəllər hesab olunurdu ki, impotensiyanın əsas səbəbləri psixoloji və ya cinsi hormonlar mübadiləsinin pozulması problemləri ilə bağlıdır. İndi isə aydındır ki, psixoloji faktorlar xəstəliyin inkişafına səbəb olsalar da, əsas səbəb ereksiya mexanizmində üzvi dəyişikliklərdir.
İmpotensiya və erektil disfunksiyanın əsas səbəbləri son nəticələrə görə bunlardır:
• Psixi: depressiya, stress.
• Əsəbi: zədələr, fəqərəarası disklərin(discus intervertebralis) zədələnməsi, skleroz, alkoqolun həddən artıq qəbulu, çanaq üzvlərində əməliyyatlar.
• Arterial: hipertoniya, siqaret çəkmək, diabet.
• Venoz: cins üzvündən gələn qanı məhdudlaşdıran mexanizmin zədələnməsi.
• Dərmanlar: təzyiq salan preparatların qəbulu, hormonal antidepressantlar
Simptomlar və gedişat
Səbəblər çoxdur, lakin potensiyanın yenməsinin əsas günahkarları kimi artmaqda olan ateresklerozu, şəkər diabetini, hipertonik xəstəlikləri, tütün və alkoqoldan asılılığı göstərmək olar. Bu xəstəliklər zamanı orqanizmin damar sistemində dəyişikliklər baş verir və nəticədə vena və arteriya damarları elastikliyi və möhkəmliyi itirirlər, kövrək və sınan olurlar ki, bu da impotensiyanın yaranmasının əsas səbəblərindən biridir.
Normal halda, mərkəzi əsəb sisteminin impulslarının təsiri ilə cinsiyyət üzvünün damar divarlarının boşalması baş verir və nəticədə qan tezliklə tənasül üzvünə dolur. Həcmi artan arteriyalar kiçik damarları (ehtirasdan qabaq qan buradan venalara keçir) sıxırlar qanın geri çəkilməsi azalır və ereksiya baş verir.
Lakin, ateresklerozun artması və nəticədə xolesterin qalıqlarının damar divarlarında qalması, arterial təzyiqi aşağı salan preparatların qəbulu, damarların diabetik pozulması, spirtli içkilərin çox içilməsi, stress - bütün bunlar normal ereksiya qabiliyyətini aşağı salırlar.
Tanınma
Sağlamlığınızın qeydinə qalın çağırışı boş sözlər deyillər. Statistikaya görə, seksual pozulmalarla qarşılaşan hər on kişidən yalnız biri mütəxəssisə müraciət edir. Baxmayaraq ki, bu halların yarısında ereksiyanı bərpa etmək mümkündür. Ona görə də yaranmış problemin səbəbləri düzgün araşdırılmalıdır. Bu anda mütəxəssis məsləhəti və sizin problemlərlə məşğul olan androloqa müraciət etmək lazımdır.
Həkim birinci növbədə cinsi sahədə baş verən pozuntuların arxasında prostat vəzinin, sidik kisəsinin iltihabı xəstəliklərinin və s. olub-olmadığını aydınlaşdırır. Bu sualın cavabını tapmaq üçün siz uroloqa, USM-ə getməlisiniz, qan və bakterioloji analiz verməlisiniz.
Əgər iltihab xəstəliyi müəyyən olunmazsa sizi həkim-endokrinoloqa göndərə bilərlər, Çünki potensiyanın pozulması çox vaxt hormonal pozulmalarla bağlıdır, xüsusi analizlər hər hansı hormonun qanda tərkibini müəyyənləşdirir. İmpotensiyaya aparan damar patologiyaları müasir araşdırma üsullarının ultrasəs dopleroqrafiyası və müasir təlimatların köməyilə hətta cinsiyyət üzvünün qanla təmin olunmasının kəmiyyət və keyfiyyət göstəricilərini müəyyənləşdirməyə imkan verir.
Müalicə
Afrodiziakların (məsələn, qoyunun və ya malın xayası) yerinə hamıya məlum və geniş reklam olunan "Viaqra" gəldi. Lakin bu da hər dərdin dərmanı deyil. "Viaqra"-nın əlavə təsirləri vardır və onlardan ən yumşağı - qəfildən rənghissetmə qabiliyyətinin pozulmasıdır (ətrafda hər şey maviyə çalır). "Viaqra" - nın daha ağır nəticələrinin siyahısı: baş ağrısı, sifətin qızarması, ürək xəstəliklərinin ağırlaşması. Ona görə də "Viaqra" tipli həbləri həkim məsləhəti olmadan qətiyyən qəbul etmək olmaz!
Müalicə üsulunun seçilməsi isə tamamilə xəstəliyin törənmə səbəblərindən asılıdır. Üsullar çoxdur - medikamentoz müalicədən cərrahiyyəyə qədər. Bəzi hallarda intrakavernoz inyeksiyalardan, stimulyatorlardan istifadə və ya cinsiyyət üzvünün protezlənməsi qərarı verilir. Digər seksual pozulmalarda olduğu kimi bu halda da seksopatoloqa və ya psixoterapevtə müraciət etmək olar. Hal-hazırda impotensiyanın müalicəsi ilə bağlı kifayət qədər həkim-mütəxəssis və ixtisaslaşdırılmış klinikalar mövcuddur.
Tarix: 16.01.2015 / 11:56 Müəllif: Aziza Baxılıb: 194 Bölmə: Urologiya