Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyrək sağlamlığı üçün bəzi qaydalar

Məlumata görə sidik sistemində olan xroniki xəstəliklərin yazda artması ehtimalı yüksəkdir.
Bu baxımdan böyrək sağlamlığı üçün həmin problemlərin qarşısını almaq və meydana gələn xəstəlikləri tez bir zamanda müəyyənləşdirmək vacibdir. Odessa şəhərinin İNTO-SANA Tibb Mərkəzində uroloq kimi fəaliyyət göstərdiyi bildirilən həkim Yuriy Kudryavsev verdiyi müsahibədə böyrək problemlərinin tipik əlamətlərindən bəhs edib. Müsahibədə sidik sistemi xəstəliklərinin pisləşməsi riskini azaltmaq üçün müxtəlif tövsiyyələr də verdiyi də bildirilir. O, böyrək xəstəliklərindən əziyyət çəkənlərə havaya uyğun paltar geyinməyi, təbii parçalardan hazırlanmış geyimlərə üstünlük verməyi məsləhət görüb. İdmanda travmalardan çəkinməyin doğru olduğunu, isti ədviyyatlardan, qızardılmış qidalardan, ətdən, turşudan çoxlu istifadənin isə zərərli olduğuna toxunub. Sidikgətirici effekti olan bioloji aktiv əlavələrdən arıqlamaq üçün qəbul etməmək; maye qəbulunun isə rejimə uyğun olmasına diqqət çəkib.


Tarix: 16.01.2015 / 12:06 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Urologiya
loading...