Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UrologiyaQonoreya

Məlumata görə qonoreya cinsi təmasla yayılan infeksiyalar da təsir göstərir.
Bu xəstəlik müalicə edildiyi təqdirdə ciddi problemlərə yol açmır.
Yaxın vaxtlara qədər qonoreya ən çox yayılmış venerik xəstəlik hesab olunurdu. Onu kofe dənəsinə çox oxşayan qonokokk törədir.
Ancaq müalicə edilmədikdə cinsi sağlamlığa mənfi təsir göstərir. Bu xəstəliklərdən uzaq dayanmaq üçün necə olduğunu və əlamətlərini bilmək lazımdır.
Əlamətlərinə:
• Cinsi orqandan gələn sarımtıl və konsistensiyalı maye
• Qanama
• Xroniki qasıq ağrısı
• Sidik əsnasında ağrı və yanma hissi
• Sıx sidiyə çıxma
• Boğaz ağrısı da aiddir.
Cinsi cəhətdən yoluxan xəstəliklər, qadınlara kişilərdən daha çox təsir edir.
Onuda qeyd etmək lazımdır ki, bəzi hallarda yeni doğulan uşaqlarda sətəlcəm kimi xəstəliklər yarada bilər. Ardı »

UrologiyaHidronefroz

Hidronefroz - böyrəklərin kasa-ləyən sisteminin dartılması, parenximatoz atrofiyası ilə müşaiyət olunan böyrək toxumalarının zədələnməsidir.
Xəstəlik anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə hidronefroz yuxarı sidik yollarının anomaliyaları ilə bağlıdır.
Qazanılmış hidronefroz sidiyin çıxmasını çətinləşdirən hər hansı xəstəliyin nəticəsidir: sidik-daş xəstəliyi, prostat vəzinin adenoması, sidik ifrazatı yollarının zədələnmiş sıxılmaları, onurğa beyninin zədələnməsi və s.

Simptomlar və gedişat

Əksər hallarda hidronefroz simptomsuz keçir və infeksiyaya yoluxmada, böyrək zədələnməsində və ya təsadüfən – rentgenoloji və ya ultrasəs müayinəsində müəyyən olunur. Lakin xəstəlik bel nahiyəsində, sidik yolunda, cinsiyyət yollarında, qasıqda ağrılarla özünü biruzə verə bilər. Kəskin ağrılar xəstəliyin ilk pillələrində müşahidə olunur. Prosesin inkişafı ilə kasa-ləyən divarları tədricən birləşdirici Ardı »

UrologiyaBöyrək daşlarının asan müalicəsi

Günümüzdə texnoloji inkişaf digər sahələrdə olduğu kimi tibb sahəsinə də müsbət təsir göstərmişdir. Bunun sayəsində müalicə üsulları təkmilləşmiş və sadələşmişdir. Böyrək daşı müalicələrində istifadə olunan sadə üsullardan biri ESWL deyilən üsuldur. Bu metodla bədən xaricindən səs və şok dalğaları ilə böyrək daşlarının qırılması mümkün olur. Bu tamamilə narkozsuz, anesteziyasız edilən bir əməliyyatdır. Xüsusilə bəzi xəstə qruplarında, digər müalicələrə keçmədən əvvəl bu müalicə tətbiq olunur. Əgər böyrək daşı böyrək funksiyalarının yerinə yetirilməsinə ciddi çətinliklər törətmirsə və ya böyrəkdə ciddi tıxanmalar olmursa həmin insanlara sadə müalicə üsulları tətbiq olunur. Müalicədə 10-15 gün ərzində dərman qəbuluna fikir vermək, bəzi konservativ tədbirlərə əməl etmək vacibdir. Ardı »

UrologiyaBöyrək çatışmazlığı

Orqanizmdən çıxarılası maddələrin təcrid olunmasında birinci dərəcəli rol böyrəklərin payına düşür. Onların bu funksiyası heç bir digər üzvlərlə kompensasiya edilə bilmir. Hətta digər üzvlərin normal fəaliyyəti zamanı böyrəyin təcrid funksiyasının azalması və ya tam kəsilməsi orqanizmdə çox vaxt həyatla uzlaşmayan ağır pozulmalarla müşaiyət olunur və böyrək çatışmazlığı adlanır.

Xroniki böyrək çatışmazlığı böyrəyin həyat üçün lazım olan funksiyalarının tədricən yox olması nəticəsində inkişaf edir. Bu halda böyrək toxumalarının bərpa olunmayan dağılması baş verir. Hələ bir neçə onillik bundan əvvəl “xroniki böyrək çatışmazlığı” diaqnozu geriyə oxunmayan ölüm hökmü kimi səslənirdi və adama yaşamaq üçün heç bir şans vermirdi.

Xroniki böyrək çatışmazlığının səbəbləri çox Ardı »

UrologiyaHidronefroz — Böyrək zədələnməsi

Hidronefroz — böyrəklərin kasa-ləyən sisteminin dartılması, parenximatoz atrofiyası ilə müşaiyət olunan böyrək toxumalarının zədələnməsidir.
Xəstəlik anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə hidronefroz yuxarı sidik yollarının anomaliyaları ilə bağlıdır.
Qazanılmış hidronefroz sidiyin çıxmasını çətinləşdirən hər hansı xəstəliyin nəticəsidir: sidik-daş xəstəliyi, prostat vəzinin adenoması, sidik ifrazatı yollarının zədələnmiş sıxılmaları, onurğa beyninin zədələnməsi və s.
Simptomlar və gedişat
Əksər hallarda hidronefroz simptomsuz keçir və infeksiyaya yoluxmada, böyrək zədələnməsində və ya təsadüfən – rentgenoloji və ya ultrasəs müayinəsində müəyyən olunur. Lakin xəstəlik bel nahiyəsində, sidik yolunda, cinsiyyət yollarında, qasıqda ağrılarla özünü biruzə verə bilər. Kəskin ağrılar xəstəliyin ilk pillələrində müşahidə olunur. Prosesin inkişafı ilə kasa-ləyən divarları tədricən birləşdirici toxumalarla Ardı »

UrologiyaBöyrək sağlamlığını qorumanın yolları

Türkiyədə fəaliyyət göstərən nefrologiya mütəxəssisi Dos. Dr. Ölkəm Çakır, 14 Mart dünya böyrək günü səbəbiylə böyrək xəstəlikləri haqqında məlumat verib. Məlumatda bildirilir ki, həyat tərzini dəyişməklə böyrək sağlamlığının bərpası mümkündür.

O, bildirib ki, bol su içmək, duzdan uzaq olmaq və formada qalmaqla böyrək sağlamlığını qorumaq olar.
Bundan əlavə böyrək çatmazlığından qorunmanın 5 yolunu da izah edib.

1-Böyrək xəstəliyinin ilkin səviyyədə diaqnoz və təhlillərlə qarşısını almaq;
2-Suyu nə az, nə də çox içmək;
3-Yeməklərə çox duz vurmamaq;
4-Nizamlı idman etmək;
5-Siqaretdən istifadə etməmək. Ardı »

UrologiyaOrxit

Orxit – xaya iltihabıdır. Təcrübə göstərir ki, həmişə hər-hansı infeksion-iltihab xəstəliyinin ağırlaşmasıdır. Orxit epidemik parotitdən (svinka), qripdən, skarlatindən, su çiçəyindən, pnevmoniyadan, bruselyozdan, qarın yatalağından sonra inkişaf edə bilər. Lakin çox vaxt orxit sidik-cinsi sistem xəstəliklərində inkişaf edir – uretrit, prostatit, vezikulit, epididimit. Orxit, həmçinin,xaya zədəsindən sonra baş verə bilər.

Gedişatına görə kəskin və xroniki orxit olur. Kəskin orxit, adətən, kəskin iltihab xəstəliyindən başlayır, xroniki – xronikidən.

Simptomlar və müalicə

Xəstəlik xayada ağrılar əmələ gəlməsindən başlayır. Ağrı aralığa, bel-qurşaq nahiyəsinə vurur. Xəstəlik olan tərəfdə kisəcik 2 dəfədən çox böyüyür, dərisi hamar olur, xəstəliyin başlanğıcından bir neçə gün sonra kisəciyin dərisi qızarır, istiləşir, parıltılı Ardı »

UrologiyaBöyrək xəstəliklərindən qorunmaq lazımdır

Xroniki böyrək xəstəliyi üçün "yüksək risk qrupları" arasında şəkər xəstələri, hipertoniyası olanlar, ürək-damar xəstəliyindən əziyyət çəkənlər, yaşlılar və ailəsində böyrək xəstəliyi olanlar aiddir. Digər qruplara isə piylənmə xəstəliyi olanlar, siqaret çəkənlər, böyrəyində daş və sidik yolu infeksiyaları olanlar, tez-tez ağrı kəsici dərmanlardan istifadə edənlər və s. daxildir.
Orqanizmin müxtəlif funksional sistemlərində olan bəzi xəstəliklər böyrəklərin də fəaliyyətinin pozulmasına səbəb olur. Bunun üçün düzgün müayinə vacibdir. Sidiyin ümumi müayinəsində leykositlərin, bakteriyaların, eritrositlərin və zülalın miqdarının artmasını; qanın biokimyəvi müayinəsində isə qanda sidik cövhəri, kreatinin, azot qalığı, turşu-qələvi müvazinəti göstəricilərini müəyyənləşdirmək məqsədə uyğundur.
Düzgün diaqnoz nə qədər əhəmiyyətlidirsə müalicə də bir o qədər vacibdir. Ardı »