Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orxit

Orxit – xaya iltihabıdır. Təcrübə göstərir ki, həmişə hər-hansı infeksion-iltihab xəstəliyinin ağırlaşmasıdır. Orxit epidemik parotitdən (svinka), qripdən, skarlatindən, su çiçəyindən, pnevmoniyadan, bruselyozdan, qarın yatalağından sonra inkişaf edə bilər. Lakin çox vaxt orxit sidik-cinsi sistem xəstəliklərində inkişaf edir – uretrit, prostatit, vezikulit, epididimit. Orxit, həmçinin,xaya zədəsindən sonra baş verə bilər.

Gedişatına görə kəskin və xroniki orxit olur. Kəskin orxit, adətən, kəskin iltihab xəstəliyindən başlayır, xroniki – xronikidən.

Simptomlar və müalicə

Xəstəlik xayada ağrılar əmələ gəlməsindən başlayır. Ağrı aralığa, bel-qurşaq nahiyəsinə vurur. Xəstəlik olan tərəfdə kisəcik 2 dəfədən çox böyüyür, dərisi hamar olur, xəstəliyin başlanğıcından bir neçə gün sonra kisəciyin dərisi qızarır, istiləşir, parıltılı rəngə çalır. İltihablı xaya böyükdür və toxunarkən bərk ağrılıdır.

Ağrı ilə birgə kisəcikdə iltihabın ümumi əlamətləri əmələ gəlirlər, zəiflik, 38-39 dərəcə hərarət, üşütmə, baş ağrısı, ürək bulanması.

Adətən hətta müalicəsiz xəstəlik 2-4 həftə çəkir. Lakin bəzi hallarda xayada iltihab prosesi onun irinləməsinə gətirir xaya absesinin inkişafına aparır. Kisəciyin dərisi bu halda açıq-qırmızıdır, hamardır, toxunduqda kəskin ağrılıdır.

Kəskin orxitin əsas ağırlaşması – xayanın irinləməsinin və nəticədə sonsuzluğun sekretor formasının inkişafının mümkünlüyü.

Müalicə

Orxit irinləməsi inkişafı ehtimalında xəstəni hospitala götürürlər. Müalicə üsulları prinsip etibarı ilə kəskin epididimitdə olduğu kimidir: orxitin yaranmasına gətirən əsas xəstəliyin müalicəsi, kisəciyin yuxarı vəziyyətdə saxlanılması, yerli olaraq soyuq kompres, antibakterial terapiya, kəskin iltihab azaldıqda – fizioterapiya, isti proseslər.

Xaya absesi inkişafında onu yarırlar və təmizləyirlər. Xaya toxumalarının tam irinləməsi kimi ağır halda orxiektomiya – xayanın birtərəfli götürülməsi əməliyyatı aparılır.

Xroniki orxit

Xroniki orxit müalicəsi kifayətedici və ya düzgün olmayan kəskin orxitdən sonra və ya sidik-cinsi sistemi xroniki iltihab xəstəliklərinin (xroniki prostatit, uretrit, vezikulit) ağırlaşması kimi olur. Xroniki orxitdə xəstəliyin çox vaxt yeganə əlaməti xayanın toxunduqda ağrılı olmasıdır. Xəstəlik kəskinləşən zaman ağrılar yeridikdə baş verirlər.

Kəskindən fərqli olaraq xroniki orxitdə daha çox xayanın sekretor funksiyası pozulur və sonsuzluq yaranır.

Xroniki orxitin müalicəsi uzunmüddətli və zəhmətliditr. Əsas xəstəliyin müalicəsi vacibdir. Antibakterial preparatlar kursu təyin olunur, aktiv olaraq yerli isti və fizioterapevtik proseslərdən istifadə olunur. Uzun müddət konsevativ terapiya effekt vermədiyi ağır halda birtərəfli orxiektomiya həyata keçirilir.

Profilaktika

Profilaktika xroniki iltihab xəstəlikləri müalicəsində olduğu kimidir, ümumi infeksiya xəstəlikləri zamanı öz halınızı diqqətlə müşahidə etməlisiniz (epidemik parotit, qrip, skarlatin, pnevmaniya və s.), həmçinin, kisəciyin, qasıq və çanaq nahiyəsinin zədələnmələrində nəzarətdə saxlayın.


Tarix: 16.01.2015 / 11:42 Müəllif: Aziza Baxılıb: 519 Bölmə: Urologiya
loading...