Xaya müxtəlif toxumalardan əmələ gələn çoxsaylı təbəqələrdən ibarətdir. Bu toxumaların hər birində şişlər əmələ gələ bilər və məhz bununla xayada bədxassəli şişlərin müxtəlifliyi izah olunur. Xaya şişlərinin klassifikasiyasında 3 bənd vardır – herminogen şişlər, qonad stroma şişləri və digər şişlər. Daha çox herminogen (seminoma, embrional karsinoma, xoriokarsinoma, kisəcik şişi, teratoma, qarışıq şişlər), hansı ki, spermanı sidik kanalına aparan, hüceyrələrdən gələn spermatozoid axınından əmələ gələn şişlərə rast gəlinir. Herminogen şişlərin içərisində daha çox seminomaya rast gəlinir. Ona görə də bu şişə daha çox diqqət yetiriləcəkdir.
Xaya xərçəngi kişilərdə əsasən 15-40 yaşlarında baş verir. Xaya xərçənginin yaranması tezliyinin 3 zirvəsi vardır: 10 yaşa qədər, 20-40 yaş arası və 60 yaşdan sonra. Kişilərdə baş verən əmələ gəlmələrin təxminən 2%-i xaya xərçənginin payına düşür Bu ən “gənc” şişlərdən biridir.
Kriptoxrizm – bətndaxili inkişaf zamanı və ya həyatın ilk aylarında uşağın xayasının kisəciyə düşmədiyi, qarın boşluğunda və ya qasıq kanalında qaldığı hala deyilir.
Kriptoxrizmdə - xayaları düşməyən xəstələrdə xərçəngə 10 dəfə çox rast gəlinir. Xayaları intrabdominal (qarın boşluğunda) yerləşmiş xəstələrdə xərçəng inkişafı risqi ən yüksəkdir.
Hallarin 20% faizində birtərəfli kriptoxrizmli pasiyentlərin düşmüş xayasında xərçəng inkişaf edir. Əgər hər iki xaya qarın daxilində yerləşirsə, xərçəng inkişafı riski 30%-ə bərabərdir .
Xaya və ya xayalar qarın boşluğunda yerləşərkən kisəciyə nisbətən 2-3 dərəcə yüksək temperaturda olurlar. Uzunmüddətli yüksək temperaturun təsiri nəticəsində mutasiyalar yarana bilərlər və nəticədə onlar öz növbələrində xərçəng yarada bilərlər. Müxtəlif elmi araşdırmalara görə kriptoxrizm xərçəng yaranması ehtimalını 3-14 dəfə artırır. Nəsillik faktorları da müəyyən rol oynayırlar, lakin hələ ki, xərçəngin inkişafını müəyyən edən genlər tapılmamışlar. Əvvəllər hesab edirdilər ki, zədə xaya xərçəngini provokasiya edir. Lakin mütəxəssislərin əksəriyyəti hesab edir ki, zədə pasiyentin artıq baş vermiş xərçənglə bağlı həkimə və diaqnostikaya müraciyət etməsi üçün bir səbəbdir.
Simptomlar və gedişat
Kişini həkimə müraciyət etməyə daha çox məcbur edən ilk simptom kisəcikdə yeni törəmə əmələ gəlmədir. Bu əmələgəlmə adətən təsadüfən müəyyən olunur. Çox təəssüf ki, kisəciyin tez-tez müayinə olunması ilkin xərçəngin müəyyən olunması üsulu kimi ölkəmisdə təbliğat olunmur. Ümumiyyətlə, xaya xərçəngi haqqında KİV-də az danışılır və yazılır. Adətən kişi tərəfindən müəyyən olunan düyün və ya kiçik şiş ağrısızdır. Xəstələrin üçdə birində ağrı olur.
Təxminən halların 10 faizində ayrı-ayrı metastazlarla bağlı ilk biruzə vermələr olur. Məsələn, xaya şişlərində metastazlar qarın boşluğu limfa düyünlərində olarkən sidik axarını sıxaraq sidik ifrazatının qarşısını kəsir ki, bu da pielonefritin və ya hidronefrozun ağırlaşmasına aparır. Metastazlar boyun limfa düyünlərində olarkən yuxarı tənəffüs yollarını sıxırlar və nəticədə təngnəfəslik, öskürək yaranır. Xaya şişi baş beynində metastaz verərək psixi dəyişikliklər törədir, əsəb pozuntuları yaradır (parez, paraliç). Xaya şişi ağ ciyərdə metastaz verərək tənəffüs funksiyalarını pozur. Xaya şişi sümükdə metastaz verərkən ağrı sindromu və sınıq yaranır.
Diaqnostika
Xaya şişi diaqnostikası kliniki məlumatlara – pasiyentin müayinəsi, kisəciyin müayinəsi, həmçinin şişin metastaz mümkün olan yerlərinin yoxlanılması əsaslanır. Qarın boşluğu üzvlərinin ultrasəs müayinəsi aparılır, daxili üzvlərdə və limfa düyünlərində metastaz olub-olmaması müəyyənləşdirilir. Xayanın özünün ultrasəs müayinəsi aparılır və bu çox vaxt şişin kisəciyin digər əmələ gəlmələri ilə əlaqəsini müəyyənləşdirməyə imkan verir. Metastazın ağ ciyərdə olub-olmamasını müəyyənləşdirmək üçün ağ ciyərin rentgenoqrafiyası aparılır.
Xaya şişlərinin diaqnostikasında xüsusi şiş markerləri (şişin inkişafında əmələ gələn zülal maddələr) ilə bağlı qan analizi verilir. Alfa-fetoproteinə (AFP) görə qan analizindən, xorionik qonadotropinin beta-subvahidindən, laktatdehidrogenezdən istifadə olunur. Bu maddələrin qanda yüksək səviyyədə olmaları xaya xərçənginin olması ehtimalından xəbər verirlər. Residivin vaxtında müəyyən olunması üçün sağalmadan sonra şiş üzərində nəzarətə görə də həmin analizlərdən istifadə olunur.
Müalicə
Xaya şişinin müalicəsi ilk növbədə onun hansı pillədə olmasından asılıdır. Məsələn, seminomanın ilk pilləsində (limfatik düyünlərə yayılmadıqda) xaya götürülür və qarınətrafı limfatik düyünlər şüalandırılır. Belə müalicədən sonra 5 illik yaşama ehtimalı 95 faizdir, başqa sözlə, müalicə almış pasiyentlərin 95 faizi 5 ildən çox yaşayırlar. İkinci pillədə (limfa düyünləri zədələnirlər, lakin limfa düyünlərində metastazların ölçüləri 5 sm-dən böyük deyil) həmçinin xaya götürülür və qarınətrafı limfa düyünləri şüalandırılırlar. Bu halda, 5 illik yaşama ehtimalı 90 faizdir.
Xəstəliyin 3-cü pilləsində nəyinki cərrahiyə və şüalanma müalicəsi tələb olunur, həm də tərkibində sisplatin olan kimya terapiyası tətbiq olunur. Xəstələrin 90 faizində 5 illik yaşama təmin olunur. Xaya xərçənginin dördüncü pilləsində müvəffəqiyyətə gətirən kompleks müalicə tələb olunur.
Xayanın seminomadan fərqli şişlərində də orxektemiya (xayanın götürülməsi) əməliyyatı aparılır. Limfatik düyünlərin zədələnməsində kimya terapiyasını aparmaq, həmçinin qarınətrafı limfatik düyünlərin götürülməsini nəzərdə tutan operativ müdaxilə lazım gəlir.
Özünümüayinə
Xaya şişləri xoşxassəli və bədxassəli olurlar. Xaya xərçəngi diaqnozunu qoymaq hüququna yalnız həkim-onkoloq malikdir.Requlyar (aylıq) özünümüayinə və göstərilmiş əlamətlərdən birində təcili olaraq həkimə müraciət etmək bədxassəli şişin inkişafının qarşısının alınmasına imkan verir, bu vaxtında edildikdə isə tam sağalmaq olar. Güzgü qarşısında dayanın. Kisəciyə baxın. Kisəciyin dərisində qızartının olmasına və xayanın ölçülərinin böyüməsinə fikir verin.
Kisəciyi əlinizə götürün. Əlinizin dörd barmağı ilə xayanı saxlayaraq baş barmaqla ehtiyatla yavaş-yavaş xayanı yoxlayın.
Sonra xaya artımını yoxlayın – elastik nazik borucuğu.
Həkimə müraciət etmək lazım olan hallar:
Əgər Siz xayalardan birinin böyüməsini müəyyənləşdirmişsinizsə.
Əgər Siz əvvəllər hiss etmədiyiniz qabarma hiss edirsinizsə.
Əgər Sizdə kisəciyin “ağırlaşması” hissiyyatı yaranarsa.
Qarının altında, qasıq nahiyəsində daimi ağrılar əmələ gələrkən. Sidikdə qan əmələ gələrkən.
Döş vəziləri böyüyərkən
Tarix: 16.01.2015 / 11:42 Müəllif: Aziza Baxılıb: 744 Bölmə: Urologiya