Sidiyin sidik kisəsindən - sidik axarına və dolab-yataq sisteminə əks cərəyanıdır və uretervezikal mənbənin iş qabiliyyətinin olmaması ilə izah olunur. Reflyuksun 4 dərəcəsini fərqləndirirlər. Ən ağır IV dərəcədə sidik axarının genişlənməsi və əyilməsi, yataq və dolabın dilatasiyası, başqa sözlə ureterhidronefroz baş verir. Yaranma xarakterinə görə fərqləndirirlər: sidik ifrazatı aktı zamanı əmələ gələn aktiv, sidik ifrazatı aktı olmadan əmələ gələn passiv, həmçinin, passiv-aktiv reflyuks. Kisə-sidik axarı reflyuksu uşaqlarda çox vaxt kisə-sidik axarı seqmentinin inkişafının anadangəlmə qüsuru, infravezikal obstruksiya (bərkimə), neyrogein sidik kisəsi və ya kəskin və xroniki sistit nəticəsində olur. Sidiyin yığılmasının pozulması infeksion agentin birləşməsində mikrob – iltihab prosesinin inkişafına gətirir (ikincili obstruktiv pielonefrit).
Xəstəlik çox zaman pielonefrit simptomları kimi özünü biruzə verir (bədən temperaturu 38 С və yuxarı olur, leykosituriya). Əlavə simptomlara böyür və bel ağrıları, dizurik pozulmalar aiddirlər.
Diaqnoz
Sistoqrafiya kisə-sidik axarı reflyuksunun əsas diaqnostika üsuludur. Diaqnozun dəqiqləşdirilməsi üçün ekskretor uroqrafiya, sistoskopiya, sistometriya və ultrasəs müayinəsindən istifadə olunur.
Müalicə
Reflyuksun dərəcəsindən və yaranma səbəbindən asılı olaraq konservativ və operativ müalicə tətbiq olunur.
Tarix: 16.01.2015 / 11:46 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Urologiya