Hal-hazırda böyrək şişlərinin 90-95 faizi böyrək-toxuma xərçənginin payına düşür, hansı ki, çox vaxt böyrəyin adenokarsinoması, hipernefroma, açıq rəngli böyrək şişləri adlandırılır. Digər şişlər – sarkoma və Vilms şişi nadir hallarda olurlar. Böyrək şişlərinin içərisində böyrək-toxuma xərçəngi üstünlük təşkil etdiyindən bundan sonra yalnız onun haqqında danışacağıq.
Nə üçün böyrək xərçəngi baş verir demək çətindir, nə üçün böyrək xərçəngi konkret xəstədə baş verir demək mümkün deyil. Məlumatlara görə anilin rəngi istehsalında çalışanlarda böyrək xərçəngi daha çox olur. Bununla bağlı anilin rəngləri istehsalında əmələ gələn bəzi kanserogenləri böyrəyə qarşı kanserogen effektdə günahlandırırlar. Həmin kanserogenləri sidik kisəsi xərçənginin yaranmasında günahlandırırlar. Xəstəliyin yüksək risqi Hippel-Lindau, nalşəkilli böyrəklər, polikistoz və qazanılmış kista (qanda azotlu maddələrin yüksək olması müşahidə olunur - uremiya) xəstəliyi olan pasiyentlərdə olur. Sonuncu hal böyrəklərin funksional çatışmazlığının nəticəsində baş verir.
Simptomlar və gedişat
Böyrək xərçənginin əsas 3 simptomuna görə pasiyentlər həkimə müraciət edirlər – hematuriya, qarında əmələgəlmələr və ağrılar. Hematuriya latın sözü olub “sidikdə qan” deməkdir. Mikrohematuriya və makrohematuriyanı fərqləndirirlər. Mikrohematuriyada sidikdə qan elementlərini yalnız mikroskop altında görmək olar. Təbii ki, bu araşdırmalar laboratoriya şəraitində aparılır. Sidik bu halda adi rəngdə olur. Makrohematuriyada qanın hesabına sidik qırmızı rəng alır. Bunu mikroskopsuz da görmək olur. Hematuriyalı adam özünü sağlam hiss edir, bu böyrək xərçəngi üçün xarakterikdir, çox vaxt hematuriya ağrılarla müşayət olunmur (bu daha çox sidikdaşı xəstəliyində böyrək sancısı üçün xarakterikdir). Özünü biruzə verdikdən sonra hematuriya yoxa çıxa bilər. Bu müxtəlif vaxtlarda təkrar olunur – bir neçə gündən, aydan, bir-iki ildən sonra. Şişin böyüməsi nəticəsində qanaxma yaranır, qan damarları bol olan böyrək toxumaları zədələnirlər. Onlardan qan axır. Qan laxtalanır, öz növbəsində sidikdaşı xəstəliklərində olduğu kimi böyrək sancisını törədir.
Şişin ölçüləri tədricən böyüyürlər və ikinci simptomu – qarında yeni əmələgəlmələr yaradırlar. Böyrəyi şiş ilə birgə qarından əllə hiss etmək olar. Çox vaxt arıq pasiyentlər öz böyrəklərini xəstəliyin başlanğıcında hiss edirlər. Lakin qarının müayinəsi zamanı böyrəyin hiss olunması faktı həmişə şiş olmasını təsdiqləmir.
Müalicə almadıqda şiş böyrək kapsulu ölçülərindən kənara çıxır və qonşu strukturlara – piy toxumalarına, qan damarlarına keçir. Sinir sonluqlarının sıxılması nəticəsində ağrı ola bilər. Böyrək xərçənginin ilkin formalarının yalnız 10-15 faizində ağrı olur. Çox vaxt ağrı yayılmış şişdən xəbər verir. Şiş yaxınlıqdakı damarlar istiqamətində böyüyür, nəticədə qarın boşluğu – aşağı vena boşluğu magistral vena damarı ilə axan qan cərəyanını pozur. Kişilərdə belə pozulma varikoselenin (toxum kanalcığı venasının genişlənməsi) yaranmasına gətirir.
Ağrı şişin metastazı - digər üzvlərdə yeni ocaqların əmələ gəlib artması nəticəsində ola bilər. Böyrək xərçəngi demək olar ki, bütün üzvlərə və toxumalara yayılır. Metastazı daha çox ağ ciyərdə, qara ciyərdə, sümüklərdə müəyyən edirlər.
Bəzən böyrək xərçəngi özünü qeyri-adi simptomlarla biruzə verir. Şiş hormonlar və bioloji aktiv maddələr yarada bilər. Bunun nəticəsində qanın tərkibində eritrositlərin miqdarı və kalsiumun səviyyəsi xeyli artır, arterial təzyiq yüksəlir, qara ciyərin funksiyası pozulur və s.
Diaqnostika
Diaqnostika, əlbəttə ki, xəstənin şikayətlərinə, həmçinin, müayinə məlumatlarına və ümumi klinik araşdırma üsullarına (qanın və sidiyin kliniki analizləri və s.) əsaslanır. Hal-hazırda böyrək xərçənginin instrumental diaqnostikasının əsas üsulu qarın boşluğu üzvlərinin ultrasəs müayinəsi, uroqrafiya (kontrast maddələrin köməyi ilə böyrəklərin rentgen araşdırmaları), radionuklid skanerləmə, həmçinin komyuter və maqnit – rezonans tomoqrafiyaları. Sonuncu iki üsul şişin yayılmasını kifayət qədər dəqiqləşdirməyə imkan verir. Böyrək xərçəngindən şübhələndikdə müayinə zamanı pasiyent hökmən ağ ciyərin, çanaq sümüklərinin və döş qəfəsinin rentgenoqrafiyasından keçməlidir. Sümüklərin metastaz zədələnməsindən şübhələndikdə isə onu dəqiqləşdirməyə imkan verən sümüklərin radionuklid skanerlənməsindən istifadə olunmalıdır.
Müalicə
Böyrək xərçənginin əsas müalicə üsulu cərrahidir. Mümkün olan bütün hallarda əməliyyat tətbiq olunur. Əməliyyat zamanı böyrək onu və sidik axarını (radikal nefrektomiya) əhatə edən piyi ilə birlikdə götürülür. Böyrək xərçəngində hal-hazırda üzvü saxlayan əməliyyatlar işlənmişlər. Onu şişin ilkin pilləsində, pasiyentin böyrəyini götürmək mümkün olmadıqda tətbiq edirlər. Bu halda söhbət prosesin yayılma qabiliyyətindən gedir. Əsas problem ondan ibarətdir ki, qalan böyrək orqanizmdən metabolizm məhsullarını çıxarmaq funksiyasını öz üzərinə götürə bilmir. Belə əməliyyatlar yalnız böyrəyin bir hissəsini götürməyi nəzərdə tuturlar. Elmi araşdırmalar göstərirlər ki, belə əməliyyatların nəticələri böyrəyin götürülməsi (nefrektomiya) əməliyyatlarından az fərqlənirlər. Lakin üzv saxlayan əməliyyatlardan sonra xəstəliyin yerli residiv inkişafı risqi daha yüksək olur.
Radikal nefrektomiyanın birinci pilləsindən sonra ömrün beşillik uzanması ehtimalı 70-80 faizdir. Əgər şiş aşağı vena boşluğunu zədələyərsə, xəstlərdə 5 və daha artıq ömrün uzanması ehtimalı 40-50 faizdir (2-ci pillə). Əməliyyat prosesinə böyrək venasını əlavə etdikdə (2-ci pillə) beşillik ömür uzanması ehtimalı 50-60 faiz olur. Əgər prosesə böyrəyin əhatə yağı əlavə olunarsa (3-cü pillə) bu ehtimal 70-80 faiz olur. Reqionar limfa düyünlərinin zədələnməsində (3-4 pillə) 5-illik yaşama ehtimalı 5-20 faiz olur. Şişin artaraq digər üzvlərə keçməsi və ayrı-ayrı metastazların olması halında 5-illik yaşama ehtimalı 5 faizdən yüksək olmur.
Hal-hazırda alimlərin çoxu bir böyrəyin xərçəngi metastazında əməliyyat aparılmasının tərəfdarıdırlar. Araşdırmaların nəticələri göstərirlər ki, belə əməliyyatlar yaşayış keyfiyyətini yüksəltməklə bərabər xəstənin ömrünü də uzadır.
Tarix: 16.01.2015 / 11:42 Müəllif: Aziza Baxılıb: 141 Bölmə: Urologiya