Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vezikulit

Vezikulit - toxum kanalcıqlarının iltihabıdır. Həmişə digər infeksiya-iltihab xəstəliklərinin ağırlaşması kimi inkişaf edir.
Çox vaxt bu sidik-cinsiyyət sistemin (prostatit, uretrit, epididimit) xroniki xəstəliyi olur, lakin ümumi infeksion xəstəlik də ola bilər (qrip, angina, osteomielit).
Lakin çox vaxt vezikulit uzun müddət xroniki prostatitdən əziyyət çəkən kişilərdə inkişaf edir.

Prostatitin yaranmasına səbəb olan faktorlar həm də vezikulitin yaranma səbəbləridir.

• Orqanizmin ümumi soyuqlaması.
• Tez-tez baş verən qəbzlik.
• Oturaq iş.
• Uzun müddət cinsi əlaqədən uzaq olmaq.
• Həddən artıq cinsi aktivlik.
• Az hərəkətli həyat.
• Xroniki iltihab xəstəlikləri.
• İmmun sisteminin zəifləməsi.

Əksər hallarda vezikulit xroniki halda keçir.

Simptomları və gedişatı

Vezikulit xəstələri ümumi simptomlardan şikayət edirlər - zəiflik, hədsiz dərəcədə yorğunluq, mütəmadi olaraq hərarətin 37-dək yüksəlməsi. Qasıq önündə, aralıqda, qasığın özündə, bel nahiyəsində ağrılar. Sidik kisəsi dolduqda və defekasiya zamanı ağrılar güclənirlər. Defekasiya zamanı uretradan ayrılmalar ola bilər. Eyakulyasiya ağrılı olur, spermada qan əmələ gəlir. Bu hallar azacıq və ya heç olmaya da bilərlər.

Müalicə olunmadıqda proses kəskinləşir - hərarət 38-39 -yə yüksəlir, ağrılar və xəstəliyin digər əlamətləri kəskin güclənirlər, daha sonra toxum kanalcıqlarının irinləməsi inkişaf edə bilər və xəstəyə yalnız əməliyyatla kömək etmək mümkün olar. Digər variantda – toxum kanalcıqlarının xroniki iltihabı xaya artimlarına yayılaraq və ikitərəfli xroniki epididimit yaradaraq sonsuzluğun ağır formasına apara bilər.

Tanınma

Rektal müayinə aparılır, ümumi qan və sidik analizi götürülür, USM, toxum kanalcıqları ifrazatının əkilməsi aparılır. Bu müayinələr demək olar ki, həmişə dəqiq diaqnoz qoymaq üçün kifayət edirlər.

Müalicə

Müalicə hökmən xəstəxanada konservativ üsullarla aparılmalıdır. Antibakterial terapiya aparılır, yumşaldıcı vasitələrdən – anestetikli rektal şamlardan istifadə olunur. Kəskin iltihab olmadıqda fizioterapevtik müalicə, toxum kanalcıqlarının massajı, isti mikroklizmalar və s. aparılır. Toxum kanalcıqlarının irinləməsində əməliyyat aparılır.

Profilaktika

Profilaktika xəstəliyin inkişafına səbəb olan faktorların aradan götürülməsinə və əsas xəstəliyin (xroniki prostatit) müalicəsinə əsaslanır. Çalışın soyuqlamayın, qəbzlikdə ishaledici dərmanlardan istifadə edin, oturaq işdə hğkmən aktiv istirahət fasilələri edin, vaxtında cinsi əlaqədə olun nə az – nə də həddən artıq çox, sizdə olan xroniki xəstəlikləri müalicə edin və nəhayət sağlam, sevincli, dəyərli həyat sürün.


Tarix: 16.01.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 189 Bölmə: Urologiya
loading...