Məkkə surələrindəndir.
Bismilləhir Rəhmanir Rəhim!
1) Yaradan Rəbbinin adı ilə oxu!
2) O, insanı qan laxtasından yaratdı.
3) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
4) O Rəbbin ki, qələmlə öyrətdi.
5)İnsana bilmədiklərini öyrətdi.
İmam Əhməd deyir: Bizə Əbdürrəzzaq Aişənin belə dediyini nəql etmişdir: “Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) gələn ilk vəhylər çin yuxular şəklində olmuşdur. O, hansı yuxunu görərdisə, səhərin aydınlığı kimi doğru çıxardı. Sonra o, təkliyə çəkilməyə meyl etdi. O, Hira mağarasına gedər, orada gecə ibaətləri edərdi. Gedərkən özü ilə birgə bir müddətlik azuqə də aparardı. Azuqəsi qurtardıqda Xədicənin yanına gələr azuqə götürər və yenidən mağaraya qayıdardı. Bu hal mağarada ona vəhy nazil olan vaxta kimi davam etdi. Bir dəfə də mağarada olarkən mələk nazil olaraq ona dedi: “Oxu!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) isə demişdi: “Axı mən oxumaq bilmirəm”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bu haqda danışır və buyurur ki, “O, tutdu və taqatim tükənəncəyə qədər bərk sıxdı. Sonra məni buraxıb dedi: “Oxu!” Mən yenə dedim: “Mən oxumaq bilmirəm”. O, məni yenə tutdu və taqətim tükənincəyə qədər sıxdı. Sonra buraxıb dedi: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) böyük sarsıntı içərisində əsə-əsə özünü Xədicə ilə yaşadıqları evə çatdırdı. Evə daxil olan kimi “Məni örtün! Məni örtün!” – deyə səsləndi. Dərhal onun üstünü örtdülər. Canındakı qorxu çıxdıqdan sonra Xədicəyə: “Ey Xədicə, mənə nə olub?” dedi və başına gələnləri ona danışdı. Sonra dedi: “Çox qorxdum”. Xədicə dedi: “Əsla qorxma! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay etməz! Sən qohumlarınla əlaqə saxlayır, doğru danışır, kimsəsizin əlindən tutar, qonağa ikram edər, haqqı tapdalanmışlara kömək edərsən”. Sonra Xədicə onu əmisi oğlu Varaqa ibn Nofəl ibn Əsəd ibn Əbdülizzə ibn Quseyin yanına apardı. O, cahiliyyə dövründə xristian olmuş bir kişi idi. Ərəbcə kitablar yazardı. O, İncildən bəzi hissələri ərəbcəyə çevirmişdi. Yaşı xeyli keçdikdə isə gözləri kor olmuşdu. Xədicə ona dedi: “Ey əmi oğlu, qulaq as gör əmin oğlu nə deyir!” Varaqa ibn Nofəl dedi: “Ey əmim oğlu, danış görüm!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) başına gələnləri ona danışdı. Varaqa dedi: “Bu, Musaya nazil olan mələkdir. Kaş mən cavan olaydım. Kaş qövmün səni öz yurdundan çıxardacaqları zaman sağ olam”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) soruşdu: “Onlar məni yurdumdanm çıxardacaqlar?” Varaqa dedi: “Bəli! Səndən əvvəl elə bir adam olmamışdı ki, onu yurdundan çıxartmasından. Əgər sənin dövrünə kimi yaşasam, sənə mütləq kömək edəcəm”.
Çox keçmədi ki, Varaqa ibn Nofəl vəfat etdi. Bir müddət vəhy kəsildi. Bizə çatan məlumata görə, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bu hadisədən çox kədərləndi. Hətta bir neçə dəfə dağın başına çıxıb özünü atmaq istəyi də oldu. Hər dəfə özünü atmaq üçün dağın başına çıxanda Cəbrayıl ona görünərək demişdi: “Ey Məhəmməd, sən, həqiqətən, Allahın rəsulusan”. Bu sözlərdən sonra o sakitləşərək geri qayıdardı. Bir dəfə vəhyin nazil olmasından uzun vaxt keçmişdi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) yenə də dağın təpəsinə çıxıb özünü atmaq istədiyi an Cəbrayıl ona görünüb əvvəlcə ona dediklərini bir də dedi. Bu hədis Buxari və Muslimin eyni adlı – “Səhih” kitablarında Zuhridən rəvayət edilmişdir. Biz bu hədis haqda istər isnad, istər mətn, istərsə də məna baxımından Buxarinin “Səhih”ini şərh edərkən ətraflı söhbət açmışdıq. İstəyən həmin mənəbəyə müraciət edə bilər. Həmd və səna Allaha məxsusdur. Qurandan nazil olan ilk ayələr bu mübarək ayələrdir. Bunlar Allahın Öz qullarına göstədiyi ilk mərhəmət, bəxş etdiyi ilk nemətlər idi. Həmin ayələrdə insanın laxtalanmış qandan yaranmasını və ona bilmədikləri şeyləri öyrətməklə böyük lütf göstərməsini ifadə edən məlumatlar var. Ayələrdə deyilir ki, Allah insanı elmə, şərəfə və kəramətə nail etmişdir. Bu elə bir şərəfdir ki, insanlığın atası hesab olunan Adəm onunla mələklərdən üstün tutulmuşdu. Elm hərdən zehndə, hərdən dildə, hərdən də barmaq ucları ilə qələmə alınan yazıda olur. Bu, əqli, ləfzi və yazı məlumatlarıdır. Yazı məlumatları onlar ikisini özündə cəm edə bilməsinə baxmayaraq, onlar yazını əvəzləyə bilmirlər. Ona görə də Allah təala buyurur ki, “Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. Bir tabeinin belə dediyi nəql olunmuşdur: “Elmi yazıya qeyd edin!” Həmçinin, “Allah elmlə əməl edən kəslərə bilmədikləri elmi də nəsib edər”.
6) Xeyr! İnsan, doğrudan da, azğınlıq edir,
7) Özünün ehtiyacsız olduğunu gördüyü üçün!
8) Axı axır dönüş Rəbbinədir!
9) Gördünmü o kimsəni ki, mane olur
10) Bir bəndəyə namaz qıldığı vaxt?
11) Bir de görək, əgər o doğru yoldadırsa,
12) Yaxud qorxmağı əmr edirsə,
13) Söylə görək, yalan sayır və üz döndərirsə,
14) Məgər bilmir ki, Allah görür?!
15) Yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən tutub sürükləyəcəyik –
16) yalançı, günahkar kəkilindən!
17) Qoy o öz camaatını çağırsın!
18) Biz də zəbaniləri çağıracağıq!
19) Xeyr! Sən ona uyma! Sən səcdə et və yaxınlaş!
“Xeyr! İnsan, doğrudan da, azğınlıq edir, özünün ehtiyacsız olduğunu gördüyü üçün!” Allah təala insan təbiətindən xəbər verərək buyurur ki, o özünü varlı, imkanlı və ehtiyacsız hiss etdiyi zaman həddən ziyaə sevincə qapılar, həddini aşar və azğınlıq edər. Daha sonra uca Allah ona xəbərdarlıq edərək buyurur: “Axı axır dönüş Rəbbinədir”. Yəni sənin qayıdış yerin Allahadır. O, sahib olduğun mala görə səni sorğu-suala çəkəcək. Onu necə qazanıb və hara xərclədiyin haqda hesaba çəkiləcəksən.
İbn Əbu Hatim deyir: Zeyd ibn İsmayıl Abdullanın belə dediyini nəql etmişdir: “İki acgöz heç vaxt doymaz. Biri elm sahibi, digəri isə dünya malının sahibidir. Ancaq bunların ikisi bir-birilərinə tay deyillər. Elm sahibi Rəhmanın razılığını çoxaldar, dünya malının sahibinin isə azğınlığı artar”. Bu sözlərdən sonra Abdulla “Xeyr! İnsan, doğrudan da, azğınlıq edir, özünün ehtiyacsız olduğunu gördüyü üçün!” ayələrini oxudu. O, elm sahibləri haqda isə aşağıdakı ayəni xatırlatdı: “Allahdan Öz qulları içərisində ancaq alimlər qorxar”. Başqa bir rəvayətdə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) buyurduğu nəql olunur: “İki acgöz doymaz. Biri elm axtaran, o biri isə dünya axtarandır”.
Daha sonra Uca Allah buyurur: “Gördünmü o kimsəni ki, mane olur bir bəndəyə namaz qıldığı vaxt?” Bu ayə Əbu Cəhl (Allah ona lənət etsin!) haqda nazil olmuşdur. O, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) Kəbənin yanında namaz qıldığını gördüyü zaman onu hədələmişdi. Lakin yenə də uca Allah ən gözəl şəkildə öyüd verərək buyurmuşdu: “Bir de görək, əgər o doğru yoldadırsa, yaxud qorxmağı əmr edirsə, söylə görək, yalan sayır və üz döndərirsə...” Yəni sən doğru yola çağıranın namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən?! “Məgər bilmir ki, Allah görür?!” Yəni doğru yolda olan və o yola dəvət edən adama mane olan kəs bilmirmi ki, Allah onun etdiklərindən xəbərdardır və danışdıqlarını da eşidir. Bilsin ki, Allah ona əməllərinin müqabilində layiq olduğu qədər cəza verəcəkdir. Daha sonra Allah təala o kəsə xəbərdarlıq edir və buyurur: “Yox! Əgər son qoymasa..” Yəni o kəs öz inadından və düşmənçiliyindən dönməzsə, “..and olsun ki, Biz onu kəkilindən tutub sürükləyəcəyik”. Onu Qiyamət günü qaraldacağıq. “..yalançı, günahkar kəkilindən!” Əbu Cəhl danışdıqları başdan ayağa yalan etdikləri də günahdır. “Qoy o öz camaatını çağırsın!” Ona kömək etmələri üçün qoy öz qohum əqrabasını, dost-tanışını və tərəfdarlarını çağırsın. “Biz də zəbaniləri çağıracağıq!” Zəbanilər Cəhənnəmdəki əzab mələkləridir. Bununla o Bizim qoşunumuzun, yoxsa öz tərəfdarlarının daha güclü olduğunu biləcək.
Buxari deyir: Bizə Yəhya İbn Abbasın belə dediyini nəql etmişdir: “Əbu Cəhl demişdi ki, “Məhəmmədin Kəbədə namaz qıldığını eşitsəm, onun boynunu vuracam”. Bu sözlər Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) qulağına çatdıqda, belə demişdi: “Əgər o belə edərsə, mütləq onu mələklər aradan götürər”. Buxari deyir ki, bu hədisi Amr ibn Xalid də Ubeydulla ibn Amr vasitəsilə Əbdülkərimdən nəql etmişdir. Eləcə də bu hədisi Tirmizi və Nəsai əsərlərinin təfsir fəsllərində Əbdürrəzzadan nəql etmişlər. Habelə İbn Cərir Ubeydulla ibn Amrdan rəvayət etmişdir.
Əhməd, Tirmizi, Nəsai və İbn Cərir İbn Abbasın belə dediyini rəvayət etmişlər: “Rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) İbrahim məqamının yanında namaz qıldığı vaxt Əbu Cəhl ibn Hişam onun yanından keçdi və dedi: “Ey Məhəmməd, mən sənə burada namaz qılmağını qadağan etmədimmi?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) onunla sərt danışdı və xəbərdarlıq etdi. Əbu Cəhl dedi: “Ey Məhəmməd,, məni nə ilə hədə-qorxu gəlirsən? Allaha and olsun ki, mən bu vadidə ən çox tərəfdarı olan kəsəm”. Bu zaman Allah təala ayə nazil etdi: “Qoy o öz camaatını çağırsın! Biz də zəbaniləri çağıracağıq!” İbn Abbas deyir ki, əgər o öz tərəfdarlarını çağırsaydı, heç şübhəsiz ki, əzab mələkləri onu elə andaca aradan götürərdilər”. Tirmizi hədisin “həsən-səhih” olduğunu bildirmişdir.
İmam Əhməd növbəti hədis nəql edərək deyir: İsmayıl ibn Yezid İkrimə vasitəsilə İbbasın belə dediyini rəvayət emişdir: “Əbu Cəhl demişdi ki, Allahın rəsulunun Kəbədə namaz qıldığını görsəm, üstünə cumub boynunu vuracam”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bunu eşitdiyi vaxt dedi: “Əgər o bunu edərsə, mələklər onu bütün gözlərində qarşısında aradan götürər. Yahidilər ölüm diləsəydilər, ölərdilər və cəhənnəmdəki yerlərini görərdilər. Allahın elçisinə (Ona Allahın salavatı və salamı olsun!) lənət oxuyanlar onu həlak etmək üçün evlərindən çıxsalar, geri qayıtdıqda, arxada nə mal-dövlətlərini, nə də ailələrini görərdilər”. Həmçinin İbn Cərir İbn Humeyd vasitəsilə İbn Abbasasın belə dediyini nəql etmişdir: “Əbu Cəhl demişdi ki, Məhəmməd bir daha Məqamın ətrafında namaz qılarsa, onu mütləq öldürəcəm”. Bu zaman Allah təala bu ayələri nazil etdi: “Yaradan Rəbbinin adı ilə oxu! ... And olsun ki, Biz onu kəkilindən tutub sürükləyəcəyik – yalançı, günahkar kəkilindən! Qoy o öz camaatını çağırsın! Biz də zəbaniləri çağıracağıq!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) gəldi və həmin yerdə namaz qıldı. Ona dedilər: “Axı səni ondan qoruyacaq olan nədir?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Mənimlə onun arasındakı qoşunlarla qap-qara olmuşdur”. İbn Abbas deyir ki, Allaha and olsun, əgər o bir hərəkət edəsi olsaydı, mələklər insanların gözü qarşısında onu yox edərdilər”.
İbn Cərir deyir: İbn Əbdüləla Əbu Hureyrənin belə dediyini nəql etmişdir: “Bir dəfə Əbu Cəhl soruşdu: “Məhəmməd sizin yanınızda üzüağ gəzir?” Yanındakılar dedilər: “Hə”. Əbu Cəhl dedi: “Lata və Uzzaya and olsun ki, bir də onun burada namaz qıldığını görsəm, boynunu vuracam və üzünü torpağa sürtəcəm”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) namaz qıldığı vaxt Əbu Cəhl onun boynunu vurmaq məqsədilə irəli atıldı. Əbu Cəhlin bir şey elədiyi görülmədi. O, geri qayıda-qayıda əlləri ilə özünü müdafiə edirdi. Əbu Cəhldən “Sənə sə oldu?” deyə soruşulduqda, belə cavab verdi: “Onunla mənim aramda oddan bir xəndək var idi. Çox dəhşətli idi. Hər tərəf Qanadlarla dolmuşdu”. Əbu Hureyrə deyir ki, sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdu ki, “Əgər o mənə yaxınlaşsaydı, mələklər onun hər bir üzvündən yapışardı”. Allah təala bu ayələri nazil etdi (İbn Cərir deyir ki, ayələrin Əbu Hureyrənin bu hədisində nazil olbu olmadığını dəqiq bilmirəm). “Xeyr! İnsan, doğrudan da, azğınlıq edir...” (surənin sonuna qədər). Hədisi Muslim, Əhməd ibn Hənbəl, Nəsai, İbn Əbu Hatim Mutəmir ibn Süleyman vasitəsilə rəvayət etmişlər.
Daha sonra uca Allah buyurdu: “Xeyr! Sən ona uyma!” Yəni ey Məhəmməd, sənin ibadət etməyinə mane olan o kimsəyə fikir vermə! İstədiyin yerdə namazını qıl, heç nəyi düşünmə! Həqiqətən, Allah səni öz himayəsində saxlayacaq, sənə kömək edəcək və hər zaman insanların şərindən qoruyacaq. “Sən səcdə et və yaxınlaş!” Muslimin “Səhih”ində varid olan bir hədisdə Abdulla ibn Vahb Əbu Hureyrədən nəql edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Qulun öz Rəbbinə ən yaxın olduğu vaxt səcdədə olduğu zamandır. Elə isə dualarınızı çoxaldın!” Əvvəldə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) “Əl-İnşiqaq” və “Əl-Ələq” surələrini oxuduğu vaxt səcdə etdiyini qeyd etmişdik.
“Əl-Ələq” surəsinin təfsiri başa çatdı. Həmd və səna Allaha məxsusdur. O, müvəffəqiyyət və uğur bəxş edəndir.
Tarix: 20.04.2013 / 19:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 737 Bölmə: Sureler