Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sureler“ALİ-İMRAN” (“İMRANIN AİLƏSİ”)SURƏSİNİN TƏFSİRİ 51-101ayələr

(51) “Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki bu, düz yoldur”.

Allah, əvvəlki səmavi Kitablara bənzəyən Kitabı Məsihə təlim etdi, ona insanlar arasında ədalətlə mühakimə yürütməyi öyrətdi və peyğəmbərlik verdi. Allah onu İsrail oğullarının yanına göndərdi və açıq-aşkar ayələrinin və inandırıcı dəlillərinin köməyi ilə ona yardım etdi. Onların sayəsində o, insanlara özünün, həqiqətən, Allahın elçisi olduğunu sübut edən möcüzələr göstərdi. Allahın iradəsi ilə gildən quşabənzər bir şey düzəldib ona üfürən kimi, o şey canlı quşa çevrildi. Allahın iradəsi ilə, o, nəinki görməkdən, hətta gözdən məhrum olan insanlara da görmə qabiliyyəti qaytarır və cüzamlıları sağaldırdı. Allahın iradəsi ilə Ardı »

SurelerHUD

[u][b]1 Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki,
2 Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) qorxudan və (Cənnətlə) müjdələyənəm.
3 Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim dəvətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram.
4 Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!
5 Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək Ardı »

SurelerƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 171-198

(7.171) “Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!” – demişdik”.

İsrail oğulları Tövratda nazil edilənləri qəbul etməkdən boyun qaçırdıqda, Qüdrətli Allah dağı onların üzərinə qaldırdı və əmr etdi ki, nazil etdiyi hökmlərini yerinə yetirsinlər. Onlara əmr olunmuşdu ki, Kitabdan möhkəm yapışsınlar, onu öyrənsinlər və hökmlərini səylə yerinə yetirsinlər. Ancaq belə olduqda onlar təqva sahibi ola bilərdilər.


(7.172) “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini Ardı »

SurelerƏL-İNŞİQAQ surəsinin təfsiri

Məkkə surələrindəndir.


Malik, Abdulla ibn Yezid vasitəsilə Əbu Sələmədən rəvayət edir ki, Əbu Hureyrə onlara “Göy yarılacağı zaman” (əl-İnşiqaq surəsi) surəsini oxudu və səcdə etdi. Səcdədən qalxdıqdan sonra, onlara Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) bu surəni oxuyarkən səcdə etdiyini bildirdi.

Hədisi Muslim və Nəsai Malik vasitəsi ilə nəql etmişlər. Buxari deyir: Əbu Neman, Mutəmir vasitəsilə atasından, o da Bəkrdən Əbu Rafinin belə dediyini nəql edir: “Əbu Hureyrə ilə birlikdə namaz qıldım. O, “Göy yarılacağı zaman” surəsini oxudu və səcdə etdi. Mən bu haqda ondan soruşduqda, mənə belə cavab verdi: “Əbul Qasimin ( Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun!) nəzərdə Ardı »

SurelerHUD SURƏSİNIN ŞƏRHİ 41-60

(11.41) “Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”.

Nuh (ə) əmr aldıqdan sonra dedi: “Gəmiyə minin! Bu gün o, Allahın adı ilə üzəcək və Onun iradəsi ilə dayanacaqdır. Həqiqətən, mənim Rəbbim – Bağışlayan və Rəhmedəndir. O, bizi bağışlamış, bizə rəhm etmiş və ədalətsiz xalqın əlindən xilas etmişdir”.



(11.42) “Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”

Allah gəminin hərəkətini elə təsvir etdi ki, sanki biz öz gözümüzlə onu müşahidə edirdik. Nuh (ə) və onunla birlikdə Ardı »

SurelerƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 71- 85 Ayələr

(71) “Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, düşmənə qarşı ya bölüklərlə, ya da hamınız birgə çıxın”.

Uca Allah mömin qullarına kafir düşmənlərdən qorunmağı tapşırır. Bu o deməkdir ki, onlar istənilən imkandan istifadə edərək onlarla döyüşə və onların təcavüzünü dəf etməyə hazırlaşmalıdırlar. Bu tədbirlər qalaların tikilməsindən, səngərlərin qazılmasından, atış təlimindən və at sürməkdən, hərbi sənayeni inkişaf etdirməkdən, rəqibin ehtimal edilən hücum və geri çəkilmə yollarının öyrənilməsindən, onların planlarının aşkar edilməsindən və Allah yolunda qoşun səfərbərliyindən ibarətdir.
Məhz buna görə, müsəlmanlara, ya ayrı-ayrı dəstələr tərkibində qoşunların bir hissəsi ilə müharibəyə getmək, müsəlmanların digərlərinə evdə qalmaq, ya da hamılıqla birlikdə hərbi səfərlərə çıxmaq əmr olun-muşdur. Onlar Ardı »

SurelerRAD

1 Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın (Quranın) ayələridir. Rəbbindən sənə nazil olan (Quran) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz.
2 Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına – qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!
3 Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) Ardı »

SurelerNEMI

1 Ta, Sin! Bu, Quranın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir!
2 Möminlərə (doğru yol göstərən) rəhbər və (Cənnətlə) müjdədir.
3 O kəslər ki, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, zəkat verir və axirətə möhkəm inanırlar.
4 Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər.
5 Onları (dünyada) çox pis əzab gözləyir, (imanı küfrə dəyişdirməklərinə görə) axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır!
6 (Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur.
7 Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: “Mən bir od gördüm, (siz burada durun) mən də Ardı »