Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: ƏL-QƏDR SURƏSİNİN TƏFSİRİ

Məkkə surələrindəndir.

Bismilləhir Rahmanir Rahim!


1) Həqiqətən, Biz onu Qədr gecəsi nazil etdik!
2) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!
3) Qədr gecəsi min aydan daha xeyirlidir!
4) O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər.
5) O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”

Allah təala Quranı qədr gecəsi nazil etdiyini xəbər verir və həmin mübarək gecə haqqında belə deyir: “Həqiqətən, Biz onu mübarək bir gecədə nazil etdik!” (əd-Duxan, 3) Bu, qədr gecəsidir və Ramazan ayının günlərindəndir. Allah təala buyurur: “Quran ramazan ayında nazil edilmişdir”. (Əl-Bəqərə, 185)
İbn Abbas və başqaları belə deyir: Allah təala bütün Quranı lövhi məhfuzdan dünya səmasında olan İzzət evinə nazil etmiş və iyirmi üç il ərzində müxtəlif hadisələrlə əlaqəli olaraq hissə-hissə Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) göndərmişdir.
Daha sonra isə Allah təala Quranın nazil olması ilə xüsusiləndiridiyi qədr gecəsinin kəramətini yüksəldərək ayədə belə buyurur: “Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir!”
Əbu İsa ət-Tirmizi bu ayənin təfsirində deyir ki, Mahmud bin Ğeylan, Əbu Davud Ət-Tayalsinin vasitəsilə Yusif bin Sədin belə dediyini rəvayət edir: Həsən Muaviyəyə biət etdikdən sonra bir kişi Həsənə xitabən möminlərin üzünü qaraltdın və yaxud möminlərin üzünü qaraldan dedi. Həsən: Allah sənə mərhəmət göstərsin! Məni təhqir etməyə can atma. Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) Umeyyə oğullarının onun minbərində olduğu göstərildiyi an bu, onun xoşuna gəlmədi. “(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər bəxş etdik!” nazil oldu. Yəni, ey Məhəmməd, biz sənə Cənnətdə bir bulaq verdik. Daha sonra isə “Həqiqətən, Biz onu Qədr gecəsi nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir!” nazil oldu. Ya Məhəmməd! Səndən sonra ona Umeyyə oğulları sahib duracaq. Əl-Qasim belə deyir: Biz bunu saydıq və həqiqətən, min ay olduğunu gördük. Bundan nə bir gün artıq, nə də bir gün az oldu. Ət-Tirmizi deyir ki, bu hədis qəribdir və bunun Əl-Qasim bin Əl-Fadldan başqa yolla gəldiyini də bilmirik. O, etibralı ravidir. Yəhya Əl-Qattan və İbn Mehdi onu etibarlı ravi hesab etmişdir. Ət-Tirmizi deyir: Onun müəllimi Yusuf bin Səddir. Ona Yusuf bin Məzin də deyilir. Naməlun bir kişidir. Biz qeyd olunmuş hədisi belə bir ləfzlə yalnız bu yolla bilirik.
Əl-Hakim özünün “Müstədrək” əsərində bu hədisi Əl-Qasim bin Əl-Fadlın Yusuf bin Məzindən rəvayət etdiyin bildirir. Ət-Tirmizi deyir ki, bu naməlum bir kişidir. Bu kəliməyə diqqət yetirmək gərəkdir. Ondan bir çox insan hədis rəvayət etmişdir. Onlardan Himəd bin Sələmə, Xalid Əl-Hizə və Yusuf bin Ubeydi göstərmək olar. Yəhya bin Muin deyir ki, o, məşhurdur. İbn Muindən gələn bir rəvayətdə onun etibarlı ravi olduğu bildirilir. İbn Cərir də bu hədisi Əl-Qasim bin Əl-Fadlın vasitəsilə İsa bin Məzindən rəvayət edir. Bu, hədisədə bir narahatçılığın olmasına işrə edir. Allah daha yaxşı biləndir. Bu hədis bütün təxminlərə rəğmən, munkər hesab olunur. Müəllimimiz İmam Əl-Hafiz Əl-Hüccə Əbul-Hüccə Əl-Mizzi bu hədis haqqında belə deyir: Bu hədis munkərdir.
Mən deyirəm ki, Əl-Qasim bin Əl-Fadl Əl-Huddəninin sözlərinə görə o, Umeyyə oğullarının hakimiyyət müddətini hesablamış və onun min aydan nə bir gün az, nə də bir gün çox olduğunu görməmişdir. Bu doğru deyil. Həsən bin Əli əmirliyi Müaviyə bin Əbu Sufyana təhvil verdikdə o, hakimiyyətə gəlmiş və bu hadisə qırxıncı ildə olmuşdur. Camaat Müaviyəyə beyət etdiyi üçün həmin il “Camaat ili” adlandırılmışdır. Getdikcə Şamı və digər əraziləri də nəzarətə almışdırlar. Yalnız Abdullah bin Zübeyrin Məkkə və Mədinədəki hakimiyyəti və Əl-Əhvaz müəyyən bir müddət, bəzi yaxın ərazilər isə doqquz ilə yaxın bir vaxtda onların hakimiyyətindən çıxmışdır. Onların hakimiyyəti bütün ərazilərdə deyil, yalnız bəzi ölkələrdə əllərindən çıxmışdır. Nəhayət, Abbasilər 132-ci ildə hakimiyyəti onlardan aldı və beləliklə onların hakimiyyət müddəti doğsan iki il oldu. Bu da min aydan xeyli çoxdur. Çünki min ayda səksən üç il dörd ay var. Ola bilsin ki, əl-Qasim bin əl-Fadl əməvilərin hakimiyyət günlərində ibn əz-Zübeyrin günlərinə düşmüşdür. Əgər bu cür olsa, onun dedikləri hesablama baxımından həqiqətə yaxınlaşmış olar. Allah daha doğru biləndir.
Bu hədisin zəif olduğunu sübuta yetirən digər bir cəhət də ondan ibarətdir ki, hədisdə Umeyyə oğullarının hakimiyyətinin pislənməsinə sövq olunur. Hədisdəki məna bundan ibarət olsaydı, belə bir məna da ortaya çıxmazdı: qədr gecəsinin üstünlüyü onların hakimiyyət müddətinin əvəzinə, hakimiyyətlərinin pisliyini zəmm etməli idi. Sözsüz ki, Qədr gecəsi şərəfli bir gecədir. Bu surə də Qədr gecəsinin dəyərini vurğulamaq üçün nazil olmuşdur. Necə ola bilər ki, bu surə öz üstünlüyü ilə Umeyyə oğullarının məzəmmətli hakimiyyətini tərifləsin. Varid olan hədisdən də bu hakimiyyətin pisliyi başa düşülmüşdür. Şair belə deyir:
Görmədinmi qılıncın qədir-qiyməti necə azaldı?
Qılınc əsadan daha təsirlidir deyildiyində.
Digər bir şeirdə isə:
Hörmətli bir insanı tərifləyərkən,
Yaraşmaz müqayisə apararsan yenə də tərif yaraşmaz.
Ayədə qeyd olunan min ay Umeyyə oğullarının hakimiyyət müddəti kimi necə başa düşülə bilər. Bir halda ki, surə Məkkədə nazil olmuşdur. Ayənin nə ləfzi, nə də mənası bu haqda bir şey demədiyi bir halda bunun Umeyyə oğullarının hakimiyyət müddəti olmasına necə yozum vermək olar? Minbər də hicrətdən bir neçə müddət sonra Mədinədə inşa edilmişdir. Bütün bu sadalananlar hədisin zəif və münkər olmasına dəlalət edir. Allah daha doğrusunu biləndir!
İbn Əbu Hatim belə deyir: Əbu Zuraa, İbrahim bin Musanın vasitəsilə Müslimin − bu ibn Xaliddir − İbn Əbu Nəcihdən, o da Mucahidən belə rəvayət edir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) İsrayil oğullarında bir kişinin Allah yolunda min ay silaha sarıldığını bildirdi. Və müsəlmanlar bundan təəccübləndilər. Bundan sonra izzət və cəlalət sahibi olan Allah bu surəni nazil etdi: “Həqiqətən, Biz onu Qədr gecəsi nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!” Bu kişi silaha Allah yolunda min ay sarılmışdır.
İbn Cərir deyir ki, İbn Həmid, Həkkəm bin Sələmin vasitəsilə Mucahiddən belə rəvayət edir: İsrail oğulları arasında gecə səhərə qədər ibadət edib, bütün günü axşama qədər düşmənlə mübarizə aparan və bu əməlləri min ay davam etdirən birisi var. Allah bu ayəni nazi etmişdir: “Həqiqətən, Biz onu Qədr gecəsi nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!” Bu gecədə edilən ibadələr həmin insanın əməlindən daha xeyirlidir.
İbn Əbu Hatim deyir ki, İbn Vahb, Əli bin Urvanın vasitəsilə Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) rəvayət edir ki, bir gün Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) İsrail oğullarından dörd kişinin səksən il Allaha ibadət etdiyini, bir göz qırpımı anında belə Ona asi olmadıqlarını dedi və bu insanların Əyyub, Zəkəriyyə, qocanın oğlu Hizqayil və Nunun oğlu Yuşa olduğunu bildirdi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhabələri bundan təəccübləndiklərində Cəbrail Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) gəlib belə dedi: Ya Məhəmməd! Sənin ümmətin bu insanların Allaha səksən il ibadət edib Ona bir göz qırpımı anında belə asi olmadıqlarına təəccübləndilər. Allah bundan daha xeyirlisini nazil etimişdir dedi və bu surəni ona oxudu: “Həqiqətən, Biz onu Qədr gecəsi nazil etdik!” Bu, sənin və ümmətinin təəccüb etdiklərindən daha üstündür. Bundan sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və ətrafında olanlar sevindilər.
Süfyan əs-Sovri, Mücahiddən rəvayət edir ki, “Qədr gecəsi min aydan daha xeyirlidir!” ayəsinin mənasi budur ki, həmin gecədə edilən əməl, həmin gün tutulan oruc və bu gecədə qılınan namazlar min aydan daha xeyirlidir. Bunu İbn Cərir rəvayət etmişdir.
İbn Əbu Hatim, Əbu Zuranın İbrahim bin Musadan, onun da Mücahiddən bunları eşitdiyini bildirir: “Qədr gecəsi min aydan daha xeyirlidir!” ayəsinin mənası bundan ibarətdir ki, bu gecə içində qədr gecəsinin olmadığı aylardan xeyirlidir. Qatədə bin Dəamə, əş-Şəfi və bir çoxları bunu demişdir.
Amr bin Qeys əl-Miləi deyir ki, bu gecədə edilən əməl min ayda edilən əməldən hada üstündür.
Qədr gecəsində ibadətlə məşğul olmaq, içərisində qədr gecəsi olmayan min ayda ibadətlə məşğul olmaqdan daha üstündür. İbn Cərir belə düşünür. Doğru olan başqası deyil, məhz budur. İmam Əhmədin rəvayət etdiyi başqa bir hədisə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurur: “Allah yolunda bir gecəlik ibadət digər yerlərdəki ibadətdən min qat xeyirlidir.” Həmçinin gözəl hazırlıq görüb, saleh niyyət edib cümə namazına gedən insan üçün deyilən hədisdə eyni məna vardir: “Həmin insana bir ildə tutulan orucun və qılınan namazın savabı yazılar.”
İmam Əhməd deyir ki, İsmail bin İbrahim, Əbu Hüreyrənin belə dediyini rəvayət edir: Ramazan ayı gələndə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə demişdi: “Artıq siz mübarək Ramazan ayındasınız. Allah bu ayda oruc tutmağı sizlərə fərz etmişdir. Bu ayda Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar. Şeytan zincirlənər. Bu ayda min aydan da xeyirli olan bir gecə var. Bu ayın xeyir-bərəkətindən məhrum olan, həqiqətən, məhrum olmuşdur.” İmam Ən-Nəsəi bu hadisi Əyyubdan rəvayət etmişdir.
Ramazan ayında edilən ibadət min ayın ibadətinə bərabər olur kəliməsi Buxari və Müslimin Əbu Hüreyrədən etdiyi rəvayətində gəlir: “Qədr gecəsində imanla və ixlasla ibadət edənin keçmiş günahları bağışlanar.”
“O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər.” Bu gecənin bərəkətinin çox olması səbəbilə mələklər yer üzərinə daha tez enər. Quranın tilavət olunduğu vaxt yerə enib Allahı zikt edən insanların əhatəsinə toplaşdıqları və elm ardınca gedən insanlara hörmət əlaməti olaraq, qanadlarını onların yollarına sərdikləri kimi bu gecə də mələklər özləriylə birgə rəhmət və bərəktlə yer üzərinə enərlər.
Ayədə yer alan “Ruh” kəliməsində Cəbrail (ona Allahın salavatı və salamı olsun!) nəzərdə tutulduğu bildirilir. Yəni, ümumi bir sözlə xüsusi bir məna ifadə olunur. Bəziləri isə “Ən-Nəbə ” surəsində qeyd olunduğu kimi bir mələk olduğunu deyir. Allah daha doğrusunu biləndir.
“…hər bir işdən dolayı…” surənin bu hissəsi haqqında Mücahid deyir ki, o, hər bir işdən salamatlıq mənasındadır.
Səid bin Mənsur deyir ki, İsa bin Yunus, əl-Əməşdən, Mücahidin “O gecə dan yeri sökülənə kimi salamatlıqdır!” ayəsi haqqında belə dediyini bizə danışdı: O, salamatlıqdır. Həmin gecə şeytan nə bir pislik, nə də bir əziyyət verə bilmir.
Qatədə və başqaları deyir ki, həmin gecə işlər qərarlaşdırılır, əcəllər yazılır və ruzilər bölünür. Allah təlala buyurur: “Hər bir hikmətli iş o gecə ayırd olunur” (əd-Duxan, 4).
“O gecə dan yeri sökülənə kimi salamatlıqdır!” ayəsi haqqında Səid bin Mənsur, Huşeymdən, İbn İshaqın, əş-Şəbidən belə rəvayət etdiyini bildirir: Qədr gecəsində mələklərin məsçid əhli üçün salam-dua diləmələri dan yeri sökülənə qədər davam edər.
İbn Cərir, İbn Abbasın bu ayəni belə oxuduğunu deyir: “Hər bir kişi üçün o gecə dan yeri sökülənə kimi salamatlıqdır.”
Əl-Beyhəqi özünün “Fədailul-Əvqat” adlı kitabında mələklərin yer üzərinə nazil olub namaz qılanların əhatələrinə toplaşmaları və onlara gələn bərəkət haqqında Əlidən zəif bir rəvayət etmişdir.
İbn Əbu Hatim Kəb əl-Əhbərdən mələklərin Sidratul-muntəhədən (Cənnətin ən yüksək təbəqəsi) Cəbrailin (əleyhissəlam) müşaiyətilə yer üzərinə enib mömin kişi və qadınlara dua etmələri haqqında qərib, əcaib və çox uzun bir xəbər rəvayət edir.
Əbu Davud ət-Tayalsi deyir ki, İmran, Qatədədən, o da Əbu Meymunədən, Əbu Huruyrənin belə rəvayət etdiyini bildirir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) qədr gecəsi haqqında belə dedi: Qədr gecəsi ya yeddisi, ya doqquzu və yaxud da iyirmisidir. Mələklər bu gecə yer üzərində çınqıl daşlarından da çox olurlar.
Əl-Əməş, Abdurrahmən bin Əbu Leylənin “…hər bir işdən dolayı…” və “O gecə dan yeri sökülənə kimi salamatlıqdır!” hissəsi haqqında belə dediyini bildirir:O gecə heç bir iş olmaz.
Qatədə və İbn Zeyd “O gecə dan yeri sökülənə kimi salamatlıqdır!” haqqında: O gecə bütünlüklə salamatlıqdır və dan yeri sökülənə kimi heç bir şər iş olmaz - deyir. Bu imam Əhmədin rəvayət etdiyinin mənasını verir. Belə ki, o, Heyvas bin Şureyhin, Bəqiyyənin vasitəsilə Bəhir bin Səddən, o da Xalid bin Mədəndən, Ubad bin əs-Samitin belə danışdığını bildirir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə dedi: “Qədr gecəsi son on gündədir. Kim bu gecələri Allahın rızasını diləyərək ibadətlə keçirərsə, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar. Həmin tək gecə ya doqquzu, ya yeddisi, ya beşi, ya üçü və ya bu gecələrin (tək gecələrin) sonuncusudr.” Həmçinin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) deyir: “Qədr gecəsinin əlaməti həmin gecənin saf və təmiz olmasıdır. Həmin gecə ay parlaq və aydın görsənər, nə çox isti, nə də çox soyuq olar. Həmin gecə səhərə qədər heç bir ulduzun atılmadığı müşahidə olunar. Həmin gecənin əlamətlərindən biri də ertəsi gün günəşin aydın çıxması və şüalarının bədrlənmiş ay kimi olmamamsıdır. Həmin gecə və gündüz şeytan da çıxa bilmir.”
Hədisin sənədi həsən olmasına baxmayaraq, mətni qərib, bəzi sözlərində də xoşagəlməzlik var.
Əbu Davud ət-Tayalsi deyir ki, Zəma, Sələmə bin Vahramdan, o da İkrimədən, o da İbn Abbasdan Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) qədr gecəsi haqqında belə dediyini rəvayət edir: “Parlaq və gözəl bir gecədir. Nə isti, nə də soyuqdur. Həmin gecənin səhərində günəşin şüaları zəif olar.”
İbn Əbu Asim ən-Nəbil, Cabirə isnadən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət edir: “Mən Qədr gecəsini bilirdim. Amma unutdum. Bu gecə son on günlərin içərisindədir. Həmin on günün gecələrinin biri həzindir. Nə isti, nə də soyuqdur. Səhər işıqlaşana qədər şeytan da çıxa bilmir.”
Alimlər bu gecənin geçmiş ümmətlərdə qeyd olunması və həmin gecənin yalnız bu ümmətə məxsus olması məsələsi ərtafında ixtilaf etmişdir. Burada iki rəy var:

Əbu Musab Əhməd bin Bəkr əz-Zuhri deyir ki, Malik Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) belə rəvayət edir: Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əvvəlcədən insanların ömürləri və yaxud bunun Allahın istədiyi qədəri göstərilmişdi. “Öz ümmətinin ömrünün qısa olduğunu görmüş və başqa ümmətlərin ömür boyu əldə etdikləri əməllərə onun ümmətinin əldə edə bilməyəcəyini düşünmüşdür. Bundan sonra Allah təala bu ümmətə min aydan xeyirli olan Qədr gecəsini vermişdir.” Bu hədis başqa sənədlə də rəvayət olunmuşdur. Malikin dediyi kimi, bu hadis Qədr gecəsinin bu ümmətə məxsus olmasına dələlət edir. Şəfii imamlarından olan “əl-Uddə”-nin sahibi bu hədisi cumhurdan rəvayət etmişdir. Allah daha yaxşı biləndir. Əl-Xattabi də bununla həmfikir olduğunu bildirmişdir. Ər-Rafii bu hədisi əl-Muzhibdən şübhəsiz olaraq rəvayət etmişdir. Lakin qeyd olunan hədisin də dələlət etdiyi kimi, Qədr gecəsi bu ümmətdə olduğu kimi keçmiş ümmətlərdə də olmuşdur.
Əhməd bin Hənbəl deyir ki, Yəhya bin Səid, İkrimə bin İmardan, Mərsədin Əbu Zərdən belə soruşduğunu mənə danışdı: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) Qədr gecəsi haqqında necə soruşdun? Mən Qədr gecəsini ən çox soruşan insan idim. Bir gün dedim: Ya Peyğəmbər mənə Qədr gecəsi haqqında danış. Bu gecə Ramazan ayındadır, yoxsa başqa aylarda? Peyğəmbər: “Qədr gecəsi Ramazan ayındadır.” dedi. Dedim: Peyğəmbərlər olduqca onlar da davam edəcək, yoxsa peyğəmbərlərin göndərilməsi dayandırıldığında bu gecə də sona yetəcək? Qiyamətə qədər davam edəcək? Peyğəmbər: “Qiyamətə qədər davam edəcək.” – dedi. Bu gecə Ramazanın hansı günündədir dedim. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!): “Onu ilk ongünlükdə və sonuncu ongünlükdə axtarın.” – dedi. Sonra söhbət etməyə başladı. Arada onun sakit qaldığı an ondan iyirmi günün hansında olduğunu soruşdum. Dedi ki, “Onu Ramazanın son ongünlüyündə axtarın. Və bundan sonra bu haqda məndən heç bir şey soruşma.” Yenə söhbətinə davam etdi. Sakit oluduğu vaxt ona dedim: bunun hansı ongünlükdə olduğunu mənə deməsən səni üzərində olan haqqıma and verərəm. Bunu deyincə elə qəzəbləndi ki, onu tanıyandan bəri bu cür qəzəblənməmişdi. Mənə bunları dedi: “Onu axır yeddi gündə axtarın. Bundan sonra məndən heç bir şey soruşma.”
Bu hədisi ən-Nəsəi əl-Fələsdən rəvayət edir.
Bu hədisdə qeyd etdiklərimizə dair sübutlar və Qədr gecəsinin bəzi şiə məzhəblərinin iddia etdikləri kimi tamamilə qaldırılmayıb, əslində Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) sonra da hər ildə Qiyamət gününə qədər mövcud olması haqqında işarələr var. Onların bu cür anladıqları hədisin bəzi hissələrinə yoxunaq: “Qaldırılmışdır. Ola bilsin, bu sizin üçün daha xeyirlidir.” Çünki hədisdə Qədr gecəsinin bilinməsinin qaldırılması qəsd olunur. Həmçinin hədisdə qədr gecəsi başqa aylardan fərqli olaraq, Ramazan ayında olmasına dair işarə vardır. İbn Məsud və ondan rəvayət edən Kufə alimləri Qədr gecəsinin bütün ildə olmasını bildirdikləri kimi də olma bilməz.
Əbu Davud “Sünən”-də bu haqda “Qədr gecəsinin Ramazan ayının bütün gücələrində olmasının bəyanı fəslində” deyir: Humeyd bin Zəncuyə ən-Nəsəi, Abdullah bin Amrdan bel rəvayət edir: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) Qədr gecəsi haqqında soruşduqda mən də eşidirdim. O belə cavab verdi: “Qədr gecəsi Ramazanın bütün geclərindədir.” Hədisin sənədində olan bütün kişilər etibarlı ravilərdir. Ancaq Şubə və Süfyan hədisi İshaqdan rəvayət edərək durdururlar.
Həmçinin, Əbu Hənifədən onun Ramazanın bütün aylarında olması haqqında rəvayət varid olmuş və Əl-Qəzali də belə düşünür. Ər-Rafi isə tamamilə bunun əcaib olduğu görüşündədir.
Digər bir məsələ də onun Ramazanın ilk gecələrində olmasıdır. Bu da Əbu Razindən rəvayət olunur. Rəvayətdə Qədr gecəsinin on yeddinci gecədə olması deyilir. Həmçinin bu mövzuda Əbu Davud, İbn Məsuddan mərfu bir hədis rəvayət edir. Muhəmməd bin İdris əş-Şafi və Həsən əl-Basridən də bu cür rəvayət olunur. Bu gecənin bədr gecəsi, Ramazan ayının on yeddinci günü cümə gecəsi və səhəri gününü də bədirli gün olduğunu düşünənlər də var. Allah təala bu gün haqqında belə deyir: “...ayırd edildiyi gün...” (Əl-Ənfal)
Əlidən və İbn Məsuddan (Allah onların hər ikisindən razı olsun) gələn rəvayətə əsasən bunun on yeddinci gecədə olduğu deyilir.
Lakin Əbu Səid əl-Xudridən gələn rəvayətdə bunun iyirmi birinci gecədə olduğu bildirilir. Əbu Səid bu haqda belə rəvayət edir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Ramazanın ilk ongünlüyündə məsçiddə etiqafda (ibadətdə) oldu və biz də onunla birgə etiqaf etdik. Cəbrail gəlib Ona (ona Allahın salavatı və salamı olsun!) belə dedi: “Sənin istədiyin gecə qarşıdadır.” İkinci ongünlüyü etiqafda oldu və biz də onunla idik. Cəbrail gəlib ona belə dedi: “Sənin istədiyin gecə qarşıdadır.” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Ramazanın iyirminci günü səhər xütbə oxuyaraq bizlərə belə dedi: “Mənimlə birgə etiqaf edənlər yenidən geri qayıtsınlar. Mən Qədr gecəsini gördüm, amma unutdum. O, oxırıncı on günlüyün tək günlərindədir. Mən özümü palçıq və sü içərisində səcdə edən gördüm.” Məsçidimizin üstü xurma yarpaqlarında sıx-sıx hörülmüşdü. Biz səmada heç bir şey görə bilmirdik. Birdən bir bulud topası gəldi və yağış yağdı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bizə namaz qıldırdığı əsnada alnını palçıq və sulu olduğunu gördüm. Bu onun gördüyü yuxunun təsdiqi idi. Buxari və Müslümün gətirdiyi hədisdə “İyirmi birinci günün səhərində” ləfzi də var.
İmam Şafi deyir ki, bu rəvayətlərin ən səhihidir.
Müslümün “Səhih” əsərində Abdullah bin Ənisdən gələn rəvayətdə bunun iyirmi üçüncü gecədə olması bildirilir. Həmin hədis Əbu Səid əl-Xudrinin rəvayətinə yaxındır. Doğrusunu Allah bilir.
Əbu Davud ət-Tayalsi, Himəd bin Sələmənin, əl-Cureyridən, o da Əbu Nadradan, Əbu Səidin Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) belə rəvayət etdiyin bildiri: “Qədr gecəsi iyirmi dördücü gecədir.” Hədisin sənədi də, oradakı insanlar da etibarlıdır.
İmam Əhməd deyir ki, Musa bin Davud, İbn Ləhiədən, o da Bilaldan Peyğəmbərin belə dediyini mənə çatdırdı: “Qədr gecəsi iyirmi dördüncü gecədir.”

İbn Ləhiə zəif ravidir. İmam Buxarinin rəvayət etdiyi hədis buna ziddiyyət təşkil edir. Belə ki, o, Əsbəğin, ibn Vahban, o da Ömər bin əl-Harisdən, o da Əbu Abdullah əs-Sanəbhidən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) müzzini Bilalın belə dediyini bildirir: Qədr gecəsi Ramazan ayının axırıncı ongünlüyünün ilk yeddi gününə təsadüf edir. Bu rəvayət doğru olsa da, daha doğrusunu Allah bilir. İbn Məsuddan, İbn Abbasdan, Cabirdən, əl-Həsəndən və ibn Vahbdan da Qədr gecəsinin Ramazan ayının iyiri dördüncü gecəsinə təsadüf etməsi rəvayət olunur. Əl-Bəqərə surəsinin təfsirində Vasilə bin əl-Əsqaadan belə bir mərfu hədis rəvayət olunur: “Quran iyirmi dördüncü gecədə nazil olunmuşdur.”
Buxarinin Abdullah bin Abbasdan etdiyi rəvayətdə isə iyirmi beşinci gecədə olduğu bildirilir: “Onu Ramazanın son ongülüyündə axtarın. Qalan doqquzunda, qalan yeddisində və qalan beşində.” Çoxları bu gecənin tək günlərə təsadüf etdiyinə sevindilər. Bu daha aydın və məşhurdur. Çoxları Müslümun İbn Məsuddan etdiyi rəvayətinə əsaslanıb bu gecənin cüt olduğunu söylədilər. Bunu deyənlər hədisə əsaslanmışlar. Doğrusu Allah bilər.
Müslümün İbn Kəbdən etdiyi rəvayətində isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!): “O, iyirmi yeddinci gecədədir.” deyir.
İmam Əhməd deyir: Süfyan mənə dedi ki, Abdə və Asimin Zərrdən belə rəvayət etdiklərini eşitdim: Ubeyyə bin Kəbdən belə soruşdum: Ey Əbu əl-Munzir, qardaşın İbn Məsud deyir ki, ili ibadətlə geçirən insan Qədr gecəsini tapa bilər. Dedi ki, Allah ona rəhm etsin. Qədr gecəsinin Ramazan ayında olması aratıq məlumdur. Buna görə o, and da içdi. Dedim ki, bunu necə bildiniz? Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bizə öyrətdiyi əlamətlə. Həmin günün əlaməti günəşin şüasız doğmasıdır.
Müslim, Süfyan bin Uyeynə, Şubə və əl-Əvzəinin vəsitəsilə Abdənin, Zərrdən, o da atasından onun belə dediyini belə rəvayət edir: Özündən başqa heç bir ilahın olmadığı Allaha and olsun ki, Qədr gecəsi Ramazan ayındadır −heç bir istisna olmadığını bilrək əminliklə and içird− Allaha and olsun ki, mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bizlərə ibadət etməyə əmr etdiyi Qədr gecəsini tanıyıram. Həmin gecə iyirmi yeddisi gecəsidir. Onun əlaməti isə günəşin səhər erkən şüasız ağ doğmasıdır.
Müaviyədən, İbn Amrdan, ibn Abbasdan və başqalarından Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) :“Qədr gecəsi iyirmi yeddinci gecədir.” dediyi rəvayət olunur. Bu sələfdən bəzilərinin, həmçinin Əhməd bin Hənbəlinin (Allah ona rəhmət etsin!) məzhəbində olanların Əbu Hənifənin rəvaytinə əsaslanaraq gəldiyi qənətdir. Sələflərdən bəzilərinin fikincə iyirmi yeddinci gecə məfhumu Qurandan çıxarılmışdır. Belə ki, Qədr gecəsinə işərə olan “O gecə...” ifadəsinə qədər iyirmi yeddi kəlimə işlənmişdir. Dada doğrusunu Allah bilir.
Əbu Qasim ət-Təbərani, İshaq bin İbrahim əd-Dəbrinin, Abdurrazaqdan, o da Məmərdən, Qatədə və Asimin İkrimədən belə eşitdiklərini rəvayət edərək deyir: İbn Abbas deyir ki, Ömər bin əl-Xəttab Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhabələrini bir yerə toplayıb onlardan Qədr gecəsi haqqında soruşdu. Onlar hamılıqla Qədr gecəsinin Ramazanın ilk ongünlüyündə olduğunu bildirdilər. İbn Abbas deyir ki, Ömərə belə dedim: Mən Qədr gecəsinin hansı olduğunu bilirəm və yaxud hansı olduğunu zənn edirəm. Ömər: Hansıdır? – dedi. Dedim: Son ongünlüyün qalan yeddi günü. Ömər bunu haradan bildiyimi soruşduqda mən ona belə cavab verdim: Allah səmanı yeddi qat, yeri yeddi qat yaratdı, günlərin sayını yeddi etdi, aylarda da yeddi günün üzərində paylanıb. İnsan yeddi şeydən yarandı, yeddi cür ruzidən qidalanır, yeddi əzasının üzərində səcdəyə gedir, Kəbə evinin təvafi da yeddidir. Şeytana yeddi daş atılır... və bundan sonra bir çox şeyləri də sadaladı. Ömər dedi ki, sən bizim fikirləşmədiyimiz bir məsələdə bizim ağlımızı itiləşdirdin. Qatədə İbn Abbasın dediyi “Yeddi cür ruzidən qidalanır” kəliməsinə izahla əlavə edərək deyir ki, o bunu Əbəsə surəsinin 27, 28-ci surələrindən götürmüşdür: “Belə ki, orada dən (dənli bitkilər) göyərtdik; Üzüm və yonca;”
Bunun isnadı yaxşı və güclüdür, mətni isə çox qəribdir. Daha doğrusunu Allah bilir.
Əhməd bin Hənbəlin etdiyi rəvayətdə isə iyirmi doqquzuncu gecədə olduğu bildirilir: Bənu Haşim qəbiləsinin ağası Əbu Səid, Səid bin Sələmədən, o da Abdullah bin Muhamməd bin Aqildən, Ömər bin Abdurrahmənin vasitəsilə Ubad bin əs-Samitin Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) Qədr gecəsi haqqında soruşduğunu və Onun (ona Allahın salavatı və salamı olsun!) belə cavab verdiyini rəvayət edir: “Qədr gecəsi Ramazan ayındadır. Onu son ongünlükdə axtarın. O ya iyirmi bir, ya iyirmi üç, ya iyirmi beş, ya iyirmi yeddi, (ya da iyirmi doqquzu) və ya sonuncu gecədədir.”
İmam Əhməd deyir ki, Süleyman bin Davud −Bu Əbu davud ət-Tayalsidir− Əbu Hürüyrədən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Qədr gecəsi haqqında belə dediyini bizə danışdı: “O, ya iyirmi yeddinci, ya da iyirmi doqquzuncu gecədədir. Həmin gecə mələklərin yer üzərindəki sayı çınqıl daşlarından da çox olur.”
Bunu yalnız Əhməd bin Hənbəli rəvayət etsə də isnadında heç bir çatışmamazlıq yoxdur.
Yuxarıda qeyd etdyimiz hədisin mətnindən və ət-Tirmizinin və ən-Nəsəinin Əbu Bukradan etdiyi rəvayətdən bunun sonuncu gecədə olması bildirilir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurur: “Qədr gecəsi qalan doqquzuncu, yeddinci, beşinci, üçüncü və yaxud sonucu gecədədir.” Yəni: Qədr gecəsini bu günlədə axtarın.
Ət-Tirmizi hədisin həsən səhih olduğunu deyir. “Müsnəd” - də isə Əbu Sələmədən, onun da Əbu Hürüyrədən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) : “Qədr gecəsi sonuncu gecədədir.” dediyi rəvayət olunur.
İmam əş-Şafii bu rəvayətlər haqqında belə deyir: Əgər Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!): “Qədr gecəsini filan gecədəmi axtarım?” deyildiyi zaman cavabı “Bəli.” olsaydı, bu an Qədr gecəsinin vaxtı müəyyənləşərdi və heç onun da vaxtı dəyişməzdi. Ət-Tirmizi Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) bu mənada hədis rəvayət etmiş, Əbu Qiləbədən isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə dediyi rəvayət olunur: “Qədr gecəsi Ramazanın son ongünlüyündə dəyişir.”
Əbu Qiləbdən rəvayət olunan bu hədisədə Malik, əs-Sovri, Əhməd bin Hənbəli, İshaq bin Rahəvi, Əbu Sovr, əl-Məzəni, Əbu Bəkr bin Xüzəmə və başqaları eyni fikirdədir. Əş-Şəfidən nəql olunan fikir də belədir. Əl-Qadinin etdiyi rəvayət də oxşardır. Doğrusunu Allah bilir.
“İki Səhih Əsərdə” Abdullah bin Ömərdən rəvayət olunan hədis bu məsələyə aydınlıq gətirir: Peyğəmbərin iki səhabəsi yuxularında Qədr gecəsinin Ramazan ayının son ongünlüyündə olduğunu görürlər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə deyir: “Mənə sizin yuxunuz göstərildi və Qədr gecəsi son yeddi günə yaxın idi. Qədr gecəsini axtaran son yeddi gündə axtarsın.” Həmçinin adları çəkilən əsərlərdə Aişədən belə rəvayət olunur: “Qədr gecəsini Ramazan ayının son on gününün tək günlərində axtarın.” Hədisin ləfzi əl-Buxariyə məxsusdur.
Əş-Şəfinin fikrincə Qədr gecəsi dəyişmir və bu, ayın müyyən bir gününə təsadüf edir. Bunu əl-Buxarının “Səhih” əsərində Ubad bin əs-Samitdən etdiyi rəvayətinə əsasən deyir. Belə ki, Ubad bin əs-Samit deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Qədr gecəsini bəyan etmək üçün evindən çıxarkən iki kişinin bir-birinə kobud sözlər deyərək təhqir etdiyi gördü. Bundan sonra belə dedi: “Qədr gecəsini sizlərə bəyan etmək üçün gəlmişdim. Filankəslə filankəsin bir-birini təhqir etdiklərini gördüm. Və bu silindi (bunun hansı gecədə olduğunu unutdum-tər.). Bəlkə də bu, sizin üçün daha xeyirlidir. Qədr gecəsini son ongünlüyüyün doqquzu, yeddisi və beşində axtarın.”
Buradan aydın olur ki, bu gecənin təyin olunması və davamiyyətliliyi bəlli olmasaydı, onun hər ildə olması da onlara aşkar olmazdı. Əgər Qədr gecəsi yerini dəyişirsə, onlar Həmin gecəni yalnız həmin il təyin edə bilərdilər. Buradan yalnız belə deyə bilərik ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bu gecənin yalnız həmin ildə hansı günə düşdüyünü deməyə gəlmişdi. “Filankəslə filankəsin bir-birini təhqir etdiklərini gördüm. Və bu silindi (bunun hansı gecədə olduğunu unutdum-tər.).” Dava-dalaş xeyir-bərəkəti və faydalı elmi yox edər mənası buraya daha münasibdir. Hədislərin birində: “Qul etdiyi günahlar ucbatından ruzisindən məhrum olar.” deyilir. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) “Və bu silindi.” kəliməsinin mənası bu gecənin onlara bəyan olunmasının yaddaşdan silinməsindən söhbət gedir. Bunun mənası bəzi şiələrin düşündüyü kimi Qədr gecəsinin ümumiyyətlə silinməsi demək deyil. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bu sözləri dedikdən sonra: “Qədr gecəsini son ongünlüyün doqquzu, yeddisi və beşində axtarın” deyərək əlavə etmişdir. “Bəlkə də bu, sizin üçün daha xeyirlidir.” yəni onun bəlli olmaması. Onun bəyan olunmadığı bir halda bu gecəni axtaranlar onu ayının bütün günlərində axtarmağa çalışmaqla daha çox ibadət edər, bunun əksinə olaraq bu gecənin hansı günə təsadüf etdiyini bilsəydilər yalnız həmin günün ibadətilə kifayətlənərdilər. Qədr gecəsinin gizlədilməsi o gecəni tapmaq üçün bütün ayda ibadəti artırıb, son ongünlükdə bunu daha da çoxaltmaq hikmətidir. Buxari və Müslimin etdiyi rəvayətdə Aişə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Ramazanın son ongünlüyündə ibadətdə olduğunu və sonralar zövcələrinin də buna qoşulduğunu və bunu ölümünə qədər etdiyin bildirir. Yenə onlar İbn Ömərdən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Ramazan ayının son ongünlüyündə ibadətini artırdığını rəvayət edir. Aişə deyir ki, Ramazan ayının son ongünlüyündə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) gecələri oyaq qalar, ailəsini də ibadət üçün oyadar və önlüyünü bağlayardı. Müslimin Aişədən etdiyi rəvayətində isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) son ongünlükdə başqa vaxtlarda etmədiyi qədər ibadətlər etdiyi bildirilir. Aişənin rəvayətində yer alan “önlüyünü bağlayardı” ifadəsinin qadınlarla yaxınlıq etməkdən uzaq durması mənasında olduğu bildirilir. İmam Əhmədin rəvayətinə əsasən bu iki məsələyə işarə də ola bilər: O, Sureycin, Əbu Məşərdən, onun da Hişam bin Urvadan, onun da Aişədən belə dediyini rəvayət edir: Ramazan ayının son ongünlüyü çatanda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) qadınlarından uzaqlaşar və önlüyünü bağlayardı. Bu hədisi yalnız Əhməd rəvayət etmişdir. Həmçini Məlikdən (Allah ona rəhmət etsin!) Qədr gecəsinin axtarılmasında son on gecənin hər birinin eyni olması və bir gecənin digətindən üstün olmaması rəvayət olunur. Onu Ər-Rafiinin (Allah ona rəhmət etsin!) şərhində gördüm.
Hər bir vaxt, xüsusən Ramazan ayında, onun son ongünlüyündə və tək günlərində duaların sayını artırmaq daha yaxşıdır. Bu duaları etmək daha məsləhərdir: “Allahım, sən bağışlayansan və bağışlamağı sevənsən. Məni də bağışla.” Bunu İmam Əhməd rəvayət etmişdir.
Yəzid – bu İbn Harundur– əl-Cəriri –bu Səid bin İyəsdir– Abdullah bin Yəziddən Aişənin belə dediyini rəvayət edir: “Ya Rəsulallah, Qədr gecəsində olduğumu bilsəm hansı duanı edim? O isə belə cavab verdi: “Allahım, Sən bağışlayansan və bağışlamağı sevənsən. Məni də bağışla.”
Həmçinin ət-Tirmizi, ən-Nəsəi, İbn Məcə, Kəhməs bin əl-Həsəndən Aişənin belə dediyini rəvayət edir: Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) belə dedim: Ya Rəsulallah Qədr gecəsinin hansı gecədə olduğunu bilsəm o gecə hansı duaları edim? Mənə: “Allahım, Sən bağışlayansan və bağışlamağı sevənsən. Məni də bağışla.” dedi.
Bu, ət-Tirmizinin ləfzidir. Daha sonra isə ət-Tirmizi deyir ki, bu hədis həsən və səhihidir. Əl-Hakim özünün “Əl-Müstədrək” əsərində bu hədisi qeyd edərək deyir ki, hədis iki şəxsə əsasən səhih hesab olunur. Həmçinin ən-Nəsəi Süfyan əs-Sovrinin vasitəsilə Əlqəmə bin Mərsəddən, Süleyman bin Bureyrənin Aişədən belə rəvayət etdiyini deyir: Qədr gecəsində olduğumu gösən mənə hansı duanı etməyi məsləhət görərdin? Peyğəmbər mənə belə dedi: “De ki, Allahım, Sən bağışlayansan və bağışlamağı sevənsən. Məni də bağışla.”
Əbu Hatim bu surənin şərhində Qədr gecəsiylə əlaqəli qəribə bir rəvayət edir: Atam, Abdullah bin Əbu Ziyad əl-Qatvanidən Kəbin belə dediyini mənə danışdı: Sidratulmuntəhə səmanın yeddinci qatındadır, Cənnət də ondan sonra gəlir. O, dünya səması ilə axirət səmasının sərhəddində yerləşir, hüdüdları isə cənnətə çatır. Onun kökləri və budaqları kürsünün altındadır. Və orada saylarını Allahdan başqa heç kəsin bilmədiyi mələklər var. İzzət və cəlal sahibi olan Allaha ibadət edirlər. Budaqlarının arpa dənəsi qədər olan yerində bir mələk var. Cəbrailin (Ona Allahın salamı olsun!) məqamı da onun üzərindədir. Allah hər Qədr gecəsi Sidratulmuntəhədə olan mələklərlə birgə Cəbarilin yerə enməsini əmr edər. Onların arasında möminlərə rəhmət və mərhəmət diləməyən mələk tapılmaz. Onlar günəş batandan sonra Qədr gecəsi Cəbrailin yanına gəlirlər. Həmin gecə kilsələr, sinaqoqlar, atəşpərəstlərin ibadət etdiyi, bütlərin olduğu, pis əşyalar atdığınız yerlər, sərxoşun olduğu ev, sərxoşedici maddələrin olduğu evlər, bütlərin, zənglərin asıldığı və sidik tökülən evlər və həmçinin evin tullantılarının atılıdığı ərazilərdən savayı elə bir yer olmaz ki, orada ya səcdədə, ya da qiyamda olan mələk mömin qadın və kişilər üçün dualar etməsin. Həmin gecə Cəbrail möminlərin hər biri ilə salamlaşar. Bunun əlaməti isə möminlərin tüklərinin ürpənməsi, ürəyinin titrəməsi və gözlərinin yaşarmasıdır. Bu əlamətlər Cəbrailin salamlaşmasıdır.
Kəb deyir ki, Qədr gecəsi kim üç dəfə “Lə iləhə iləllah” (Allahdan başqa ibadətə layiq ilah yoxdur) desə, birinci dəfə Allah onu bağışlayar, ikinci dəfə Allah onu Cəhənnəmdən xilas edər və nəhayət üçüncü dəfə isə Allah onu Cənnətə salar. Kəbə dedik ki, Ey Əbu İshaq, doğru deyirsən? Kəb bizə dedi ki, Qədr gecəsi “Lə iləhə iləllah” kəliməsini yalnız doğru danışanlarmı deyir? Nəfsimi əlində tutana and olsun ki, Qədr gecəsi kafir və münafiq olan insanlara elə ağır gələr ki, sanki onun kürəyində dağ vardır. Mələklər dan yeri sökülənə qədər öz işlərini davam etdirərək olduqları yerdə qalarlar. İlk qalxan Cəbrail günəşin yüksək üfüqdə olduğu vaxt bunu edər və qanadlarını uzadar. Cəbrailin iki göy qanadı vardır. O bu qanadları yalnız həmin an uzadar. Bundan sonra günəşin şüaları yox olar. Sonra bir mələyi çağırar və yuxarı çıxar. Mələklərin və Cəbrailin iki qanadının nuru birləşər. Həmin gün günəş hərarətsiz olar. O gün Cəbrail və yerlə göy arasında olan bütün mələklər mömin kişi və qadınlara, həmçinin Ramazan ayında savabını Allahdan diləyərək oruc tutan hər bir insana rəhmət diləyərlər. Gələcək Ramazan ayında da oruc tumağı niyyət edənlərə dualar edərlər. Axşam isə dünya səmasına enib dairə yardar və səmanın mələkləri də onların ətrafına toplaşar. Onlardan hər bir qadın və kişi haqqında soruşaraq belə deyərlər: Filan insan nə edib? Onun bu il nə etdiyinin şahidi oldunuz? Onlar isə belə cavab verərlər: Filankəsi ilin ilk gecəsi və bütün il ibadət edən, filankəsi isə yenidən başlayan və bütün il boyu ibadət edən gördük. Onun üçün bağışlanma diləməzlər. Filankəsi Allahı zikir edən, filankəsi rükuda, filankəsi səcdədə və filankəsi Allahın kitabını zikr etdiyini gördük – deyərlər. həmin gün və gecə onlar bu cür edərlər. Nəhayət ikinci göyə çıxarlar. Hər bir göydə bir gün və bir gecə qalarlar. Nəhayət Sidratulmuntəhədəki yerlərinə çatar o da onlara belə deyər: Ey mənim sakinlərim, mənə insanlardan danışın, mənim də sizin üzərinizdə haqqım var. Mən Allahı sevənləri sevərəm. Kəb deyir ki, onlar insanların adlarını, kişilərin və qadınların və onların atalarının adlarını ona bir-bir sayarlar. Sonra Cənnə Sidratulmuntəhəyə gəlib belə deyər: Mələk sakinlərinin sənə verdikləri xəbərləri mənə danış. O da Cənnətə danışar. Cənnət də belə deyər: Allahım, filan qadın və kişiyə rəhm et və onları mənə tərəf gəlmələrini tələsdir. Cəbrail onlardan əvvəl yerinə gələr. Allah da ona ilham edərək belə deyər: “Filankəsin səcdə etdiyini gördüm, onu bağışla.” Cəbrail ərşdən gələn bu ilhamları eşidər və bütün mələklər belə deyər: Allahın rəhməti filan kişiyə və filan qadına olsun. O filan kişiyə və filan qadına rəhm eyləsin. Cəbrail deyər ki, ey Rəbbim, keçən il sünnət və ibatətlərə əməl edən bu qulunu bu il yeni şeylər uydurmuş və əmr olunanlardan boyun qaçırdığını gödüm. Allah isə belə deyər: Ey Cabrail, əgər o, ölümündən üç saat əvvəl mənə səcdə etsə onu bağışlayaram. Cəbrail isə belə deyər: İlahın, həmd sənə məxsusdur. Sən yaratdıqlarından daha geniş mərhəmətə sahibsən. Sən qullarına onların özlərindən də mərhəmətlisən. Bundan sonra ərş və onun ətrafında olanlar, örtük, səmalar və onlarda olan bütün nə varsa hər biri deyər: Mərhəmətili Allaha həmd olsun, mərhəmətli Allah həmd olsun. Kəb əl-Əhbər deyr ki, kim ramazan ayı oruc tutar və ramazandan sonra Allaha asi olmaması barədə özünə söz verərsə Allah da onu heç bir sorğusuz-sualsız Cənnətə salar.
“Əl-Qədr” surəsinin təfsiri başa çatdı. Həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur


Tarix: 20.04.2013 / 16:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1020 Bölmə: Sureler
loading...