Məkkə surələrindəndir.
Nəql olunur ki, Amr ibn As yalançı peyğəmbər Museyləmənin yanına elçi olaraq göndərilmişdi. Bu hadisə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) göndərilişindən sonra, Amrın isə müsəlman olmasından əvvəl baş vermişdi. Museyləmə ona dedi: “Bu müddət ərzində dostunuza nə nazil oldu?” Amr dedi: “Ona qısa, ancaq bəlağətli bir surə nazil oldu”. Museyləmə soruşdu: “O hansıdır?” Amr dedi: “And olsun əsrə ki, insan ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” Museyləmə bir az bir qədər fikirləşib dedi: “Ona bənzər bir şey mənə də nazil olub”. Amr bunun nə olduğunu soruşduqda, Museyləmə dedi: “Ey çöl pişiyi, ey çöl pişiyi! Sən sadəcə iki qulaqlı və bir kökslü bir heyvansan. Qalah şeyin isə boşluq və dəyərsizlikdir”. Sonra Museyləmə dedi: “Necədi, ey Amr?” Amr cavab verdi: “Allaha and olsun ki, sən bilirsən ki, mən sənin yalan danışdığını bilirəm”. Əbu Bəkr əl-Xəraiti “Bi-məsavil əxlaq” əsərinin ikinci hissəsində buna oxşar rəvayət qeyd etmişdir. Museyləmə o ifadəsilə Qurana bənzətmə etmək istəmiş, lakin bu ifadə heç o vaxtın bütpərəstləri tərəfindən də bəyənilməmişdi. Təbərani Həmmad ibn Sələmə vasitəsilə Ubeydulla ibn Huseynin belə dediyini nəql etmişdir: “Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) iki səhabəsi var idi ki, onlar görüşər və bir-birilərinə əsr surəsini axıra kimi oxumadıqca ayrılmazdılar. Sonra da bir-birilərinə salam verib ayrılardılar. Şafii (Allah ona rəhmət etsin!) deyir ki, “Insanlar bu surəni oxuyub əməl etsəydilər, bu, onlara bəs edərdi”.
Bismilləhir Rahmənir Rahim!
1) And olsun əsrə ki,
2) İnsan ziyan içindədir?
3) Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!
Əsr Adəm övladının xeyir və ya şərr işlər gördüyü zamandır. Malik Zeyd ibn Əsləmin belə dediyini nəql etmişdir: “Əsr axşam çağıdır”. Lakin məşhur olan birinci fikirdir. Allah təala əsrə and içir ki, insan ziyan, xüsran və uçurumdadır. Ancaq “iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələr istisnadır”. O kəslər qəlbləri ilə iman gətirib əzaları ilə saleh əməllər edərlər. “Bir-birinə haqqı tövsiyə edərlər”. Onlar əmrləri yerinə yetirməyi, qadağalardan çəkinməyi bir-birilərinə tövsiyə edərlər. “Səbri tövsiyə edərlər”. Müsibətlər, bəlalar və yaxşı işləri əmr edib pis işləri qadağan etmə yolunda üzləşdikləri əzab-əziyyətlər qarşısında səbr və səbat nümayiş etdirərlər.
“Əl-Əsr” surəsinin təfsiri başa çatdı. Həmd və səna Allaha məxsusdur.
Tarix: 20.04.2013 / 16:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 283 Bölmə: Sureler