Bir çox internet mənbələrində yaşıl çayın sağlamlığa faydaları haqqında məlumatlarla rastlaşırıq.
İnsanın möhkəm və uzunömürlü olmasına təsirli olan bu çay antioksidant xüsusiyyətləri ilə digər çaylardan fərqlənir.
Yeditepe Universiteti əczaçılıq fakültəsi bildirib ki, yaşıl çay uzaq şərqdə həm içki, həm də dərman kimi istifadə edilib.
Onuda qeyd etmək lazımdır ki, müalicəvi xüsusiyyətləri ilə insan orqanizmini zərərli maddələrdən təmizləyir və immun sisteminin güclü olmasına kömək edir.
Onkoloji xəstəliklərin müalicəsində dərman kimi istifadə oluna bilər.
Yaponiyada 49 ilə 59 yaşları arasında 940 insan üzərində aparılan araşdırmaya görə bu çay diş əti xəstəliklərinə təsirlidir.
Tədqiqatçıların fikrincə bunu köməkliyi ilə orqanizmdə intoksikasiya səviyyəsini belə azaltmaq olur.
Məlumatda oda bildirilir ki, yaşıl çay terapiyası hüceyrələrin bərpasını sürətləndirir, kimyəvi və radiasiya olan əks təsirləri azaldır.
Tarix: 19.01.2015 / 13:03 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Stomatologiya