Ege Universitetindən verilən açıqlamaya görə alma, heyva, kök kimi sərt qidalar diş ətlərini masaj edərək qan dövranını artır.
Məlumatda həmçinin diş sağlamlığı üçün gündə 3 dəfə fırçalamağın əhəmiyyəti ilə yanaşı, diş sağlamlığının qəbul olunan qidalarla əlaqədar olduğu da ifadə olunub.
Sərt meyvələr hesab olunan alma, heyva, kök və s. qidalar diş sağlamlığına müsbət təsir göstərərək dişin ətrafını təmizləməyə kömək edirmiş.
Lakin, sərt olmayan və karbohidrat baxımından zəngin olan qidalar, unlu məmulatlar və şəkərli qidalar diş ətlərini masaj etməyərək, diş üzərində qalır və çürüyə səbəb olan mikroorqanizmlər meydana gətirir. Bu zaman həm çürümə meydana gələr, həm də diş əti sağlamlığını itirə bilər.
Tarix: 19.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Stomatologiya