Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diş əti çəkilməsi

Diş əti çəkilməsi (atrofik gingivitis) klinik olaraq iki formada görünür:
1. Yerli (lokal) diş əti çəkilməsi – bu bir və ya bir neçə dişi əhatə edir. Ağızdakı digər dişlərin ətrafındakı diş əti normal olur.
2. Ümumi (yayğın) diş əti çəkilməsi - bu formada ağızdakı bütün dişləri əhatə edən diş ətində çəkilmə müşahidə olunur. Hər iki formada da diş əti çəkilməsinin iki əsas səbəbi var:
a. Travma - diş əti ilə uyğunsuz düzəldilmiş müxtəlif protezlər, bəzi zərərli vərdişlər (məs. diş çöpü ilə dişlərin dibini təmizləmək və s.), diş fırçasının üstündən bərk basaraq fırçalamaq, diş firçasının tüklərinin çox sərt olması və s.
b. Diş əti infeksiyaları - uzun müddət müalicə olunmayan infeksiya mənşəli gingivitlər daha sonra diş əti çəkilməsinə səbəb ola bilər.
Lokal diş əti çəkilməsini müxtəlif cərrahi metodlarla bərpa etmək mümkün olsa da, ümumi diş əti çəkilməsini, təəssüflər olsun ki, əvvəlki halına qaytarmaq mümkün deyil.


Tarix: 19.01.2015 / 12:30 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Stomatologiya
loading...