Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam dişlər üçün 5 təklif

Sağlam dişlərə sahib olmaq lazımi prosedurlardan əlavə adi vasitələrlə də mümkündür. Həmin vasitələrə süd və süd məhsullarından istifadə, C vitamini əksikliyini tamamlamaq, quru üzüm və yaşıl çay istifadəsi, saqqız çeynəmək aiddir. İstəyə uyğun həmin məhsullardan gündəlik istifadə etmək olar.
- Məlumata görə qida rasionlarında süd, qatıq, az yağlı pendirdən istifadə edənlərin diş sağlamlığı yaxşı olur. Ağız və diş sağlamlığının qorunmasında hər gün bir stəkan süd içmək diş problemlərini 40% azaldır.
-Sağlam dişlərə sahib olmaq üçün C vitamini istifadəsi xüsusi əhəmiyyətə malikdir. C vitamini kallogen istehsalını artırdığından ağız içərisində sərbəst şəkildə gəzən radikallarla mübarizə aparır. Bu baxımdan C vitamini kimi zəngin qidaların istifadəsi məsləhətdir.
-Diş və diş əti sağlamlığında yaşıl çaydan istifadə faydalıdır. İnsan sağlamlığına faydalı hesab olunan yaşıl çay, içərisində olan karteksin maddəsi ilə ağız boşluğunda bakteriya inkişafını önləyir.
-Gözəl bir təbəssüm və sağlam dişlər üçün quru üzüm xeyirli hesab olunur. Tərkibində antioksidant olan üzüm zərərli bakteriyaları öldürür, sağlam diş və diş ətinə sahib olmağı asanlaşdırır.
-Saqqız çeynəmək diş sağlamlığına müsbət təsir edir. Bu ancaq şəkərsiz saqqız seçim edənlər üçün etibarlıdır. Şəkərsiz saqqız çeynəmə vərdişi ağız və diş əti sağlamlığı üçün olduqca faydalıdır.


Tarix: 19.01.2015 / 12:54 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Stomatologiya
loading...