Normalda uşaqların 7 yaşına kimi diş həkimində olması və dişlərini müayinə və müalicə etdirməsi gərəkdir.
Lakin daha erkən yaşlarda meydana gələ biləcək bir problemə görə doğru ağız baxımının öyrənilməsi üçün 2-3 yaşından sonra həkimin müayinə etməsi və bunun 6 aylıq periyodlarla təkrarlanması lazımdır.
Erkən yaşda olan müayinə hər zaman müalicənin bu yaşda olacağı mənasını vermir.
İlk müayinədən sonra diş həkimi müalicə yerinə nizamlı olaraq (6-12 ayda bir) uşağınızın üz, çənə və diş inkişafını görmək istəyər.
Erkən diaqnoz və müalicə ilə sonradan çıxacaq daimi dişlərin düzgün çıxmasını təmin edəcəkdir və gələcəkdə zəruri diş çəkilişlərinə səbəb olacaq hallara ən başdan maneə törədə bilər. Erkən diaqnoz eyni zamanda müalicəni asanlaşdırmaqla yanaşı müalicə müddətini qısaltmağa, xərcləri aşağı salmağa sizə kömək edəcək.
Tarix: 19.01.2015 / 12:38 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Stomatologiya