Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağız quruluğu

Ağız quruluğu ağız qoxusuna səbəb olan bir başqa vəziyyətdir. Ağızın quru olması ölmüş hüceyrələrin dil, damaq və yanaqda toplanıb qalmasına səbəb olur ki, bu da sonradan onların parçalanaraq qoxu törətməsinə imkan yaradır. Bu baxımdan ağız suyu ağız boşluğunun islanması və təmizlənməsində əsaslı rol oynayır.
Ağızda quruluq normal fizioloji hallarda yatan zaman qeyd olunur. Məhz bu səbəbdən bəzən səhərlər ağızda qoxu olur.
Bəzi dərmanlar və siqaret çəkmə ağızda xroniki quruma yaradan səbəblərdəndir.
Ümumiyyətlə ağız qoxusunu önləmək üçün qəbul olunan qidalara fikir vermək, protezləri gecə çıxarıb yaxşı təmizləmək, ağız quruluğuna səbəb olan bəzi dərmanlardan uzaq durmaq, dişləri təmizlədikdə dili də təmizləmək, qarqara və sprey mövzusunda diş həkimi ilə məsləhətləşmək olduqca vacibdir.
Ağız quruluğu eyni zamanda nəfəs sahələrində belə görülür. Bu quruluq ağız tənəffüsü edənlərdə xarici çürüyün meydana gəlməsi baxımından riskə səbəb olur.
Əgər ağız quruluğundan şikayətçisinizsə həkim məsləhəti faydalı ola bilər. Həkim maye qəbulunu artırmada və şəkərsiz turşu olmayan drajelərdən istifadəni təklif edə bilər.
Həkim eyni zamanda dis çürüyünü azaltmaq üçün qırmızı proqramlar da tətbiq edə bilər.


Tarix: 19.01.2015 / 12:56 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Stomatologiya
loading...