Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dırnaq yemə diş əyriliyinə səbəb olur

Mütəxəssislərə görə uşaqlıq dövründən dırnaq yeyən şəxslərin dişlərində formal pozğunluq yarana bilər.
Xüsusən körpəlik və uşaqlıq dövründə dırnaq yeyən, barmaq soran, uzun müddət əmzikdən istifadə edən və genetik səbəblərdən düzgün nəfəs almayan şəxslərdə diş əyriliyi ola bilər.
Bundan əlavə verilən məlumatda bildirilir ki, dırnaq yemək, alt çənənin önə doğru sürüşməsi nəticəsində dişləm pozğunluğu meydana gətirməsinə şərait yaradır.
Türkiyəli mütəxəssis Dr. Əhməd Pınar, dişlərdəki formal və funksional problemlərlə əlaqədar məlumat verərkən, əyri dişlərin, başda estetik görünüş olmaqla bir çox problemə səbəb olduğunu deyib.
Ortodontik problemlərin böyük əksəriyyətinin genetik səbəblərlə ortaya çıxdığını bildirən Pınar, başqa səbəblər haqda da məlumat verib.
O, bildirib ki, sadalanan cəhətlərdən əlavə uşağın yatış şəkli, 20 yaşa kimi və ya erkən yaşlarda süd dişlərinin çəkilməsi də formal pozuqluqlara yol aça bilər.


Tarix: 19.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Stomatologiya
loading...