Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artan stress 'diş'ə təsir göstərirmiş

Yaşanan təzyiqin, stressin mənfi təsirləri gecələr də meydana gələ bilər.
Məlumata görə yuxu əsnasında güclü çənə hərəkətlərinin yaranmasında səbəblərdən biri hesab olunan diş qıcama artan və yaşanan stress zamanı yayıla bilər.
Bəzi araşdırmalara görə, diş qıcama alergik uşaqlarda üç qat çox olur.
Türkiyəli psixoloq həkim Muzaffer Uyarın sözlərinə görə "Bu şikayətlə müraciət edən xəstələrdə əvvəl ola biləcək faktorların varlığı araşdırılır.
Həmin faktorlara depressiya, hirs, qarşıdurma və s. aiddir. Sadalanan faktorlara görə psixoloji müalicə planlanır."
Diş həkimi kimi fəaliyyət göstərdiyi bildirilən Sibel Örsalın sözlərinə görə isə pasient yalnız çənə ağrısı və ya diş həssaslığı şikayətiylə gəlirsə diş həkiminin müdaxiləsində yaxşılaşa bilər. Ancaq ağrı keçmirsə və psixi durumunda problem varsa şübhəsiz xəstəyə psixiatr müalicəsi lazımlıdır.


Tarix: 19.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Stomatologiya
loading...