Gözəl görünüşün ilk şərtlərindən biri bəyaz dişlərdir. Mirvari kimi bəyaz dişlər hamının arzusudur. Ancaq çox vaxt insanlar həkimə müraciət etmək əvəzinə doğru bildikləri yalnışlar ilə dişlərinə ciddi ziyan vururlar. Doğru bilinən səhv addımlardan qorunmaqla gözəl görünüş əldə etmək daha asan olar.
1. Sərt fırçadan istifadə etmək və sərt fırçalamaq dişləri daha çox ağardır – Sərt diş fırçası dişin mina qatına daha çox zərər vurur. Sərt fırçalanma isə dişlərin aşınmasına səbəb olur və həssaslığı artırır. Dişləri yaxşı fırçalamaq fırçadan yox, fırçalamaq texnikasından asılıdır.
2. Diş pastasından çox istifadə etmək dişləri cızır – Bu pastanın miqdarından çox onun daxilində olan maddələrdən asılıdır. Belə ki, məcunun içərisindəki maddələr nə qədər böyük olarsa, mina qatı bir o qədər çox ziyan görər. Həkimlər fırçanın üzərinə qoyulan pastanın mərcimək dənəsi boyda olmasını məsləhət görürlər.
3. Karbonat və duz dişləri ağardır – Bu maddələrin ölçüləri daha böyük olduğu üçün dişin təbii rəngini poza bilər. Bu maddələrdən xüsusilə uzun müddətli istifadə yol verilməzdir.
4. Dişləri ağartmaq onları daha çox saraldır – Bu müddət ərzində həkimin tövsiyə etdiyi kimi qidalansaq, yəni çay, qəhvə, kola, siqaret və başqalarından uzaq dursaq, bu hal baş verməz. Bəyazladıcıların içərisində xüsusi maddələr olduğu üçün onlar dişlərdə həssaslıq yaratmır.
5. Diş daşının təmizlənməsi minaya ziyandır – Bu təmizlik həkim tərəfindən aparıldığı müddətdə heç bir zərər verməz. Əksinə daşların orada qalması daha ziyanlıdır.
Tarix: 19.01.2015 / 12:33 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Stomatologiya