Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diş xəstəliklərində lazer texnologiyasının tətbiqi

Sənayedən tibb sektoruna qədər bir çox sahədə həyatı asanlaşdıran lazer texnologiyası, diş xəstəliklərində olan problemləri də həll edir.
Ağız sağlamlığı və dişəti müalicələrində alternativ üsullardan biridir. Xüsusilə qansız və ağrısız müalicəni seçim edənlər lazer müalicəsindən faydalana bilər.
Ağızda yaranan aftalar ağrılara səbəb olduğundan, xəstənin gündəlik həyatına təsir edər. Eyni şəkildə uçuqlar da. Bu cür xəstələrə lazer tətbiq edilərək aftalar, dodaqlarda olan uçuqlar da müalicə edilir.
Mütəxəssislərin fikrincə klassik müalicədə istifadə edilən əl alətləri, dişin kök səthindən diş daşlarını, bakteriyaları və bakteriyalara aid toksinləri uzaqlaşdırmaqda və dişlərin bəzi bölgələrinə çatmaqda qeyri-kafidir. Lakin, lazer texnologiyası ilə diş daşı təmizliyi, diş əti xəstəliklərinin müalicəsi və diş köklərində səthi düzləşmə problemləri qısa zamanda həll olunur. Lazerlər xəstəlikli dişəti toxumasını tam və təsirli bir şəkildə həll edir. Beləcə daha sürətli və müvəffəqiyyətli müalicə əldə edilir.
Müxtəlif səbəblərlə yaranan dişəti böyümələri, xoş xasiyyətli şişlərin çıxarılması kimi dişəti cərrahiyyəsi əməliyyatlarının lazerlə daha uğurlu müalicə edilir.
Bu müalicədə əməliyyat əsnasında daha az ağrı və daha az qanama olur. Lazer əməliyyatları lokal anesteziya yerinə səthi anestezi ilə edilir.
Bu vəziyyət iynə qorxusu olanların rahat müalicə edilməsinə imkan yaradır.
Lazerlərlə edilən müalicələrdə daha az ağrı və şişkinlik şikayəti meydana gəlir və tikişə gərək qalmadan sürətli yaxşılaşma müşahidə olunur. Beləcə əməliyyat sonrası xəstə rahatlığı daha yaxşı olur. Dişəti əməliyyatlarından sonra tətbiq olunan lazer biostimulyasiyası, inkişaf edən ağrılara, ödem və digər şikayətlərə təsir göstərir, onların azalmasını təmin edir.


Tarix: 19.01.2015 / 12:58 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Stomatologiya
loading...