Günümüzdə texnologiyanın inkişafı bunu deməyə əsas verir ki, lazımi tədbirlərdən əlavə estetik tibb sayəsində insan gözəlliyində xüsusi çəkiyə sahib olan sağlam və utandırmayacaq gülüşə sahib olmaq mümkündür. Üzümüzə hansı gülüşün yaraşdığına qərar vermək, müəyyən olunan müddət ərzində prosedur qaydalara riayət etməyi şərtləndirir. Tibb aləmində bu gülüş layihələndirilməsi və ya dizaynı kimi başa düşülür. Müraciət edən şəxslərdən müxtəlif informasiyalar toplanılır. Müayinə zamanı toplanan həmin vəsaitlər hesabına müraciət edən şəxslərə sağlam və yaraşıqlı gülüşə sahib olmaq üçün lazimi məsləhətlər verilir, diaqnoz qoyulur və işlər görülür. İlk öncə bu mövzuda ağız və dişlərin skelet quruluşuna diqqət yetirilir. Bu ağız xaricində nələrə müdaxilə edib, estetik yolla düzəltməyin mümkünlüyünü müəyyən etmək üçündür. Lakin, müayinədən əvvəl çəkilmiş foto şəkillər bir vəsait kimi prosesin sonrakı inkişafına müsbət təsir göstərir. Bu baxımdan onlar önəmli hesab olunur. Çünkü, danışarkən çəkilmiş video görüntülər sayəsində üz cizgilərində olan mimikaların təbəssümlə qarşılıqlı əlaqəsini, dişlərin hansı danışma tərzində necə göründüyünü müəyyən etmək olur. Estetik tibbdə tətbiq olunan veksap və mokap metodları ilə üz cizgilərinə yaraşan mövcud diş modelləri seçilir və uyğun bir şəkildə tətbiq olunur. Bu üzə yaraşan dişlərin şəklini, uyğun ölçülərini, dişlər arasındakı əlaqəni müəyyən etməyə imkan yaradacaq. Həmin metodların tətbiqindən sonra utandıracaq gülüşlərə əlvida deyəcəksiniz.
Tarix: 19.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Stomatologiya