Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diş sağlamlığı

Bəzi həkimlərin fikrincə sağlamlıq mövzusuna səthi yanaşmaq, zərərli vərdişlər və işlərlə məşğul olmaq çox vaxt insan sağlamlığına böyük zərər vurur.
Xüsusilə ağız və diş sağlamlığı bu mövzuda ilk sıralarda gəlir. Diş sağlamlığı üçün qidalanmadan tutmuş, həkim müayinəsinə kimi hər şey önəmlidir.
Əgər diş əti, dişlər, çənə sümüyündə və ağızda hər hansı anormallıq olarsa vaxt itirmədən həkim müayinəsində olmaq lazımdır. Müayinə daha çox kiçik yaşlardan aparılmalıdır. Həkimlər bu sahədə geniş təcrübə və biliyə sahib olduqlarından problemə uyğun düzgün müalicə tətbiq edirlər. Dişlərdə olan sadə problemlərlə bərabər ortodontik müayinə və müalicə də önəmlidir. Bu işlər dişlərin estetik baxımdan gözəl olmasına imkan yaradır. Xüsusilə üst və ya alt dişlərin həddindən artıq dərəcədə öndə olması nadir hallarda, cərrahi müdaxilə ilə həll olunur. Bundan əlavə üzün və dişlərin görüntüsü də lazım gəlir.
Çünki, çox vaxt əhəmiyyət verilməyən detallar ağız və diş sağlamlığında ciddi problemlərə səbəb olur. Bu baxımdan həkim məsləhəti və şəxsi gigiyenaya vacibdir.


Tarix: 19.01.2015 / 12:58 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Stomatologiya
loading...