Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunlar diş sağlamlığına zərərlidir

Bunlar diş sağlamlığına zərərlidir
Sağlam və çürüksüz dişlər çoxumuzun arzusudur. Lakin günümüzdə bəzi insanlar var ki, diş sağlamlığına fikir vermirlər.
Nizamsız qidalanmaq, siqaretdən istifadə, kofe və çay istifadəsini artırmaq, zərərli qidalar diş sağlamlığı problemlərinə səbəb olur.
Nizamsız qidalanmaq
Gün ərzində müəyyən saatlarda qidalanma rasionuna fikir verməyənlər və düzgün qidalanmayanlar diş sağlamlığına zərər vermiş olurlar. Şəkərli, turşulu, yağlı, sərt qidalar, isti və ya soyuq yeməklər diş minalarına təsir göstərərək, çürüklərin meydana gəlməsinə səbəb olur. Bakteriya ərpinin meydana gəlməsi də təhlükəlidir.
Qəhvə və Çay
Həddindən artıq istifadə edilən çay və qəhvə diş sağlamlığınıa zərərlidir
Siqaret istifadəsi
Siqaret istifadə edənlərdə dişlərdə saralma olur. Buda diş gözəlliyi və estetikasına mənfi təsir göstərir.
Diş əti çəkilməsi, ağız içi iltihablar, ağız qoxusu, ağızda toxumalardakı pozğunluqlar diş sağlamlığında çürüklərə səbəb olur.


Tarix: 19.01.2015 / 12:59 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Stomatologiya
loading...