Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunu yesəniz dişləriniz çürüməz

ABŞ-da edilən bir araşdırmada pendir yeməklə diş çürüməsinin azalması arasında bir əlaqə olduğu deyilir. Başqa sözlə pendir diş çürüməsinə qarşı faydalıdır.
Araşdırma nəticələrinə görə pendir həm də diş boşluqlarında turşu qalıqlarını neytrallaşdırmağa və azaltmağa kömək edir.
Mütəxəssislər bildiriblər ki, pendir həm də diş ətrafında qoruyucu təsirə malikdir.
Verilən məlumata görə diş səthinin üzərində yüksək səviyyədə pH, diş aşınmalarına qarşı dişi qoruyur.
ABŞ-da Diş Həkimliyi Akademiyasının etdiyi araşdırmalarda 12 və 15 yaş arasında 68 uşağın iştirak etdiyi bildirilir. Həmin araşdırmada iştirakçılar üç qrupa ayrılıblar.
1-ci qrupdan gündəlik qida istifadəsində pendirdən, 2-ci qrupa şəkərsiz qatıqdan, 3-cü qrupa isə bir stəkan süddən istifadə etmələri istənilib.
Test əvvəli və sonrası 20 dəqiqə müddətində dişlər üzərində pH səviyyəsi ölçülüb. Araşdırmaya başçılıq edən Vipul Yadav qatıq yeyən və süd içənlərdə ağızdakı pH səviyyəsinin dəyişmədiyini, pendir yeyən şəxslərdə pH səviyyələrində sürətli artım olduğu bildirilib.
Məlumatda sözügedən araşdırmanın "General Dentistry" jurnalında dərc olunduğu bildirilir.


Tarix: 19.01.2015 / 12:47 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Stomatologiya
loading...