Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diş ərpi

Bildiyimiz kimi diş ərpi diş üzərində yaranır. Rəngsiz, yapışqan maddədən ibarət olan bakteriya təbəqəsidir. Eyni zamanda diş ərpi ağız sağlamlığı problemlərinə yol açan faktorlardan biridir.
Tərkibində şəkər, karbohidrat, nişasta olan qidalar dişlərin üzərində qaldıqda zamanla diş ərpi yaradır. Ağızda yaşayan bakteriyalar həmin qalıqlar üzərində yayılır və bir turşu meydana gətirir. Zamanla bu turşu diş minasını əritməyə başlayaraq diş çürüməsinə səbəb olur. Diş ərpi eyni zamanda diş ətlərinin altında inkişaf edərək dişi dəstəkləyən sümüklərə zərər verir.
Ərpi önləmək üçün dişləri gündə ən az 2 dəfə fırçalamaq lazımdır. Yumşaq və yumru uclu tükləri olan fırça seçilməlidir. Fırçalarkən diş və diş ətlərinin birləşdiyi yerlərə xüsusi diqqət göstərmək lazımdır. Yemək qalıqlarını və bakteriyaları təmizləmək üçün diş ipi istifadə edə bilərsiniz. 6 aydan bir həkim müayinəsində olmaq da vacibdir.
Kor təbii qidalanmağı məhdudlaşdırmaq da lazımdır. Necə gəldi qidalanmaq olmaz. Bu diş ərplərinin meydana gəlməsinə səbəb olur. Qidalanmada balanslı qidalanmaq, qatıq, pendir, meyvə, tərəvəz kimi qidalara üstünlük vermək lazımdır.
Kərəviz diş ərpini önləməyə kömək edir. Ərpləri önləmək üçün bu bitkidən istifadə edə bilərsiniz. Dişlərdə oyuqlar varsa plomb qoydurmaq olar.
Qoruyucu plomb diş oyuqlarındakı ərplərin və yemək artıqlarının qarşısını almağa kömək edir.


Tarix: 19.01.2015 / 12:59 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Stomatologiya
loading...