Bir çoxları şəkərsiz saqqızın dişlərin sağlamlığına zərər yetirmədiyini güman edirlər, lakin son araşdırmalar göstərir ki, saqqızın tərkibində şəkərin olub-olmaması heç bir rol oynamır. Hətta belə saqqız zərərlidir. Xəbəri "The Daily Express" qəzeti yazır.
Bu barədə "British Dental Journal"da dərc olunmuş və Boston Universitetinin əməkdaşı Sok-Ya Canketin müəllifi olduğu hesabatda deyilir. Beləliklə, ekspertin fikrincə, bəzi şəkərsiz saqqızların (xüsusilə meyvə dadı verən) tərkibində turşu var. Həmin turşu dişlərin minasına mənfi təsir göstərir və zədələnmə riskini artırır.
"Saqqızda şəkərin olmaması faktının qeyd edilməsi adamları çaşdıra bilər. Onlar bu məhsulun dişlər üçün təhlükəsiz olduğunu hesab edirlər. Fikrimcə, həqiqi məlumatı adamlara çatdırmaq vacibdir", - Canket deyir.
Lakin aparılan araşdırma onu da göstərib ki, doyumlu qida qəbulundan və hətta qəlyanaltıdan sonra belə saqqız çeynəmək karies riskini təxminən 40 faiz azaldır.
Saqqızı xüsusilə yeməkdən sonra 20 dəqiqə ərzində, yəni turşunun həddindən artıq aqressiv olduğu vaxt çeynəmək daha faydalıdır.
Tarix: 19.01.2015 / 12:45 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Stomatologiya