Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diş çürüklərinin əlamətləri

Məlumata görə dişlərdə oyuq və ya diş infeksiyaları olduqda diş çürükləri əlamətləri üzə şıxır. Diş oyuqları və ya diş çürümələri müalicə edildikdə əsas əlamətlərdən hesab olunan diş ağrıları, ağız boşluğunda yaranan infeksiyalar və diş itkisi problemi həll olunur. Əks təqdirdə ağız boşluğunda olan bakteriyalar, dişi əridən turşular zamanla diş çürüklərin meydana gətirir. Bu zaman bakteriyalar və yapışqan maddələr diş və diş ətlərinin üzərində fəsadlara yol açır. Yaranan bakteriyalar yeyilən yeməklərdə şəkərlə birlikdə turşular çıxarır. Həmin turşular yeməyin yeyilməsindən sonra iyirmi dəqiqə ərzində dişlərə mənfi təsir göstərir.
Bütün bunlar zaman keçdikcə diş minasını yox edərək diş çürüməsinə səbəb olur. Diş çürüyünün müalicəsi çürüyün nə qədər irəliləmiş olduğuna bağlıdır.
Yüngül diş çürümələrinin səbəb olduğu oyuqlar stomatoloqlar tərəfindən plomb maddələrinin doldurulması və s. üsullarla müalicə edilir.
Daha ciddi diş çürüklər üçün kanal müalicəsi, kuron və ya dişi çəkimi göstəriş ola bilər.
Bu baxımdan dişlərə lazımi diqqət göstərilməsi vacibdir. Diş çürüməsini asanca önləmək üçün xüsusi təmizlik, şirniyyat qəbuluna fikir vermək və chekup müayinəsi lazımdır. Çünkü, dişlər qulluq gördükdə və nizamlı fırçalandıqda diş araları təmizlənmiş olur və diş çürükləri azalır.


Tarix: 19.01.2015 / 13:00 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Stomatologiya
loading...