Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Işinizi itirərkən sağlamlığınızıda itirməyin

ABŞ-ın Albany Universitetinin Sosiologiya şöbəsinin professoru Kate Strully araşdırmalar nəticəsində müəyyən etmişdir ki, iqtisadi böhran nəticəsində işlərini itirən insanlarda yüksək qan təzyiqi, ürək tutması, infarkt kimi ürək xəstəlikləri, şəkərli diabet, psixoloji problemlər şizofreniya və digər bu kimi xəstəliklərə rastlanır.
İşini itirən bir insanda depressiya təhlükəsi işləyənlərə nisbətən iki dəfə artıqdır.
Tədqiqatlarda işini itirən insanın spirtli içkilərə meyilli olduğu və asanlıqla içki aludəsi olduğu müəyyən olmuşdur.
İşsizlik və iqtisadi böhranın artdığı ölkələrdə intihar saylarıda günbə-gün artır.
Bu günədək aparılan 16 araşdırmaların hamısında işsizliyin insanda ciddi sağlamlıq problemlərinə hətta intihara gətirib çıxardığı təsdiq olunmuşdur.


Tarix: 08.01.2015 / 15:42 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Saglamliq
loading...