Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Havaların tez-tez dəyişməsi baş ağrılarına səbəb olur

Hava şəraitinin tez-tez dəyişməsi baş ağrısını və miqreni artıran bir çox ekoloji faktordan biridir. Hava şərtlərinə qarşı həssaslıqdan bəhs edildiyində, ağla gələn ilk şey, baş ağrıları və ya miqrendir. İki vəziyyət bir-birindən təməldə fərqlidir. Baş ağrısı, gərginlik, stress, infeksiya, dərman asılılığı yaradan bir xəstəlikdir.
Miqrenin isə özü tibbi bir vəziyyətdir və miqren ağrılarına səbəb olur. ABŞ tədqiqatçıları araşdırmışlar ki, kəskin baş ağrısına səbəb olan miqren hava dəyişikliyi ilə sıx əlaqəlidir. Qısa müddətli bir araşdırma sonunda məlum olmuşdur ki, havanın tez-tez dəyişməsi və eyni zamanda hava çirklənməsi baş agrılarına başqa sözlə desək miqrenə səbəb olur. Dr.K.Mukamal öz əməkdaşları ilə birgə 2000-ci ilin may ayından 2007-ci ilin dekabr ayına kimi baş ağrısı şikayəti ilə tibb mərkəzinə müraciət edən 7,054 xəstə üzərində apardıqları araşdırmalar sonunda 2,250 xəstədə miqren xəstəliyi müəyyən olunmuşdur. Tədqiqat zamanı Mukamal havanın hərarətini, çirkliliyini, atmosfer təyziqini, çirkliliyin diapazonunu göstərən monitorlardan istifadə edərək bu nəticəyə gəlib ki, havada çox yüksək hərarət və ya çox aşağı atmosfer təyziqi şiddətli baş ağrısına səbəb ola bilər. "Bu araşdırma deməyə əsas verir ki, ətraf mühütdə baş verənlər bizim sağlığımıza bir başa təsir edir və bu da çox insanlarda şiddətli baş ağrısı ilə nəticələnir." Bu sözləri media nümayəndələrinə müsahibəsində Dr K.Mukamal demişdir. Eyni zamanda o qeyd etmişdir ki,miqrenin müalicəsinə illik 17 millyard dollara yaxin vəsait xərclənir.

Miqren ağrıları, baş ağrısından daha çox olur. Ürək bulanma, qusma, səs-küy və işığa qarşı həssaslıq ümumiyyətlə ağrıya köməklik edir. Bir miqren hücumu bir neçə saatdan bir neçə günə qədər davam edə bilər. Uzun illər miqrenin səbəbinin beyindəki qan axınında dəyişikliklər olduğuna inanılıb. Bəzən qan damarları daralır və nəticədə beyinə az qan getməsiylə beyinə gedən oksigen miqdarı azalır. Bədən bu təhlükəyə qarşı, qan damarlarını genişlədərək cavab verir. Bunlara əlavə olaraq, bu hadisələr əsnasında, bəzi kimyəvi maddələr ortaya çıxaraq, beyin toxumasında infilamasiya şişməyə səbəb olur və ağrıyla əlaqədar sinir uclarında həssaslıq artır.

Baş ağrılarını qismən də olsa qorunmaq üçün yuxunu proqrama salmaq lazımdır. Sağlam qidalanmaq, stressdən uzaq qalmaq, idman etmək, spirt və siqaretdən uzaqlaşmaq lazımdır. Bundan əlavə əgər baş ağrısının hansı səbəblərdən baş verməsini bilirsinizsə, bunu qarşısını almağa çalışın. Məsələn yaş saç başınızın ağrımasına səbəb olarsa, onda saçı yaxşıca qurutmaq lazımdır. Hava şəraitini dəyişdirmək mümkün deyil. Lakin mənfi təsirləri azalda bilərik.


Tarix: 08.01.2015 / 14:06 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Saglamliq
loading...