Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşdən sonra kompüterdən istifadə sağlamlıqa ziyandır

İşdən sonra da smartfon, planşet kompüterləri və noutbuklardan həddindən artıq istifadə edənlər öz sağlamlıqlarını təhlükəyə atırlar.
Böyük Britaniyanın "Psixoterapiya Hüquqi Cəmiyyəti" - nin apardığı araşdırmanın nəticələri bunu deməyə əsas verir.

Cəmiyyət işdən sonra da bu təchizatlarla işləyən insanların "monitor əsirləri" - nə çevrildiyini və ev şəraitində düzgün seçilməmiş pozalarda onlardan istifadənin bel və boyun ağrılarına səbəb ola biləcəyini bildirib.

Qurumun 2000-dən çox ofis işçisi arasında apardığı onlayn-araşdırma rəyi soruşulanların üçdə-ikisinin işdən sonra da smartfon, planşet kompüterləri və noutbuklardan istifadə etdiyini üzə çıxarıb. Onların gün ərzində ekran qarşısında normadan 2 saat çox əyləşdikləri məlum olub. Mütəxəssislər bunun işçilərin həddindən artıq yüklənməsinə və əmək qabiliyyətinin aşağı düşməsinə səbəb olduğunu bildirirlər.


Tarix: 08.01.2015 / 13:46 Müəllif: Aziza Baxılıb: 14 Bölmə: Saglamliq
loading...