Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafan rayonu

Qafan rayonu — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində 1930-1995-ci illər aralığında mövcud olmuş rayon.


Hal-hazırda Ermənistan Respublikasının inzibati-ərazi bölgüsünə görə görə Qafan adlı rayon yoxdur. Qafan şəhəri isə Sünik mərzinin mərz mərkəzidir.

Tarixi
1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1345 km²-dir. Rayon mərkəzi respublika tabeli Qafan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 320 km-dir.

Etimologiyası
Azərbaycanda Qaf dağının olması və bu dağın içərisində odlu Simurq quşunun yaşaması haqqında əfsanə və əsatirlər var. Qafqazın adının da buradan götürüldüyü güman edilir. Qafan sözü də "Qafın yerləşdiyi ərazi" anlamını verir. Qafan rayonu ərazisində Qaf dağı əslində hündürlüyü 3904 m olan Qapıcıq dağıdır.

Coğrafiyası
Rayon ərazisi üç tərəfdən Bərgüşad, Zəngəzur və Meğri dağ silsilələri ilə əhatələnib. Oxçuçay çayı rayon boyu axıb keçir.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Gığı, Kirs, Kürüt, Kərd, Mahmudlu, Pəyhan, Gəhləşin, Aşağı Pürlü, Yuxarı Pürlü, Acıbac, Qovşud, Zeyvə, Müsəlləm, Yuxarı Girədağ, Aşağı Girədağ, Açağu, Dəvrus, Qaradığa, Xələc, Oxtar, Cibili, Yuxarı Gödəkli, Aşağı Gödəkli, Bəydaş, Yuxarı Dəvrus, Hünüd, Novruzdar, Qatar, Atqız, Çaykənd, Qafan, Sarıdərə, Pirimni, Davidbəy, Sünük savxozu, Şəhərcik qəsəbəsi.

Şəxsiyyətləri
Arif Əfəndiyev (10 oktyabr 1948, Qafan, Ermənistan SSR) — azərbaycanlı alim, kimya elmləri doktoru, baş elmi işçi.


Tarix: 09.02.2015 / 12:13 Müəllif: Feriska Baxılıb: 148 Bölmə: Qərbi Azərbaycan
loading...