Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vağudi

Tarixi
Rayon mərkəzindən 9 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.47). Vağudi adlı 3 kənd olmuşdur: I Vağudi, II Vağudi, III Vağudi (415, s.76). Vağudi kəndi həmin 3 Vağudi adlı kəndlərinin birləşməsindən yaranmışdır.

Kəndin adı Ağudi toponiminin əvvəlinə «v» samitinin artırılması əsasında yaranmışdır. Voxçu (Oxçu toponimindən) toponimi, varsaq (arsaq etnonimindən) etnonimi həmin konstruksiya əsasında yaranmışdır. Ağudi toponimi ilə Vağudi toponimi eyni semantik xüsusiyyətə malikdir (Bax: Ağudi).

Əhalisi
Kənddə 1831-ci ildə 44 nəfər, 1873 - cü ildə 653 nəfər, 1886-cı ildə 926 nəfər, 1897-ci ildə 1286 nəfər, 1908-ci ildə 1395 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1914 - cü ildən başlayaraq azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 226 nəfər, 1931-ci ildə 336 nəfər (415, s.76-77, 146-147), 1987-ci ildə 700 nəfər (85, s. 182-183) azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında azərbaycanlılar qırğınlarla Ermənistan dövləti tərəfindən qovulmuşlar. Indi yalnız ermənilər yaşayır.


Tarix: 06.02.2015 / 19:08 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Qərbi Azərbaycan
loading...