Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yamanclı kimi qeyd edilmişdir.
Toponim yamancalı türk mənşəli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dexsut qoyulmuşdur.
Coğrafiyası və iqlimi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.Rayon mərkəzindən 7 km şimalda, İnəkli kəndinin yanında yerləşir.
Əhalisi
Kənddə 1831-ci ildə 137 nəfər, 1873-cü ildə 214 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 257 nəfər, 1908-ci ildə 272 nəfər, 1914-cü ildə 300 nəfər, 1916-cı ildə 280 nəfər, 1918-ci ilin yanvarında 763 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyədən köçürülən ermənilər kəndə yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 67 nəfər, 1931-ci ildə 66 nəfər azərbaycanlı yaşamışdır.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə azərbaycanlılar 1948-1953-cü illərdə Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
Əhali 1918-1920-ci illər soyqırımı zamanı 4 dəfə azalmış, qalan hissəsi 1930-cu illərdə Azərbaycan SSR-ə köçürülmüşdü. 1830-cu ildə İrandan, 1920-ci ildə Qars və Sürməli vilayətlərindən köçürülmüş ermənilər bu kənddə məskunlaşdırılmışdı.
Tarix: 06.02.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Qərbi Azərbaycan