Əlibəyli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 2 km cənub-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.12) qeyd edilmişdir.
Erm.SSR AS RH-nin 4.IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Atarbekyan qoyulmuşdur.
Tarixi
TToponim oğuzların ulu yörük tayfasından olan əlibəyli etnonimi (238, s.186) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Azərbaycanlılar 1914-1915-cı illərdə ermənilər tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə ermənilər köçürülmüşdür. Ermənilər buraya 1915-20-cı illərdə Türkiyənin İğdır və Van vilayətlərindən, 1946-cı ildə İrandan, eyni zamanda indiki Ermənistanın Sisyan, Əştərək, Abaran və Hamamlı (Spitak) rayonlarından köçürülmüşdür (427, s.51).
Tarix: 06.02.2015 / 19:21 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Qərbi Azərbaycan