Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nizami Tağıyev

Tağıyev Nizami Haqverdi oğlu — Əlbəyaxa döyüş üzrə ilk azərbaycanlı SSRİ idman ustası

Həyatı
Tağıyev Nizami Haqverdi oğlu 25 sentyabr 1959-cu ildə Cil kəndində anadan olub. 1981-1983-cü illərdə Bakı xüsusi milis məktəbini bitirib.

1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır.

Əlbəyaxa döyüş üzrə ilk azərbaycanlı SSRİ idman ustası, Cilin ilk polis polkovnikidir. 1994-1997-ci illər 14 saylı Sabunçu rayon Polis bölməsinin rəisi, 1997-2006-cı illər Xızı rayon polis şöbəsinin rəisi, 2006-2008-ci illər Nəqliyyatda Baş Polis idarəsinin narkotiklə mübarizə şöbəsinin rəisi işləmişdir.

2005-2011-ci ildən, həmçinin elmi işlə məşğuldur. Bakı Dövlət Universitetinin Kriminalistika və Məhkəmə Ekspertiziyasının "Əməliyyat Axtarış fəaliyyəti üzrə elmi ışinin bu yaxınlarda müdafiəsini başa çatdırmaq üzrədir.

Qarabağ müharibəsi veteranıdır.

Hal-hazırda biznes fəaliyyəti ilə məşğuldur.

2008-ci ildən "CİL MMC”-nin və Salahlı İctimai Birliyinin rəhbəridir.


Tarix: 05.02.2015 / 17:57 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Qərbi Azərbaycan
loading...