Həyatı
Mikayıl Bayramov 17 dekabr 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Şişqaya kəndində anadan olmuşdur. 1932-1941-ci illərdə orta təhsil almışdır. Bundan sonra Kirovabadda Kənd təsərrüfatı institutunda aqronom ixtisasına yiyələnmişdir. 1942-ci ildən əmək fəaliyyətinə kolxozçu kimi başlasa da sonralar kənd sovetinin katibi, kənd mağazasının müdiri, kənd istehlak cəmiyyətinin katibi, sədri, kənd klubunun müdiri vəzifələrində işləmişdir. 1953-1972-ci illərdə Şişqaya kəndində kolxoz sədri, 1972-1773-cü illərdə tədarük idarəsində baş inspektor, 1973-1976-cı illərdə Göysu kolxozunda sədr, 1976-1985-ci illərdə yenidən Şişqayada kolxoz sədri vəzifələrində çalışmışdır. 1955-1985-ci illərdə partiya komitəsinin üzvü olmuşdur. "Oktyabr inqilabı ordeni" və 4 medalla təltif edilmişdir. 2 dəfə Ermənistan SSR Ali Soveti tərəfindən mükafatlandırılmışdır. Aşıq Alının Qızılvəngdəki məzarını Hüseyn Arifin xahişi ilə yenidən bərpa etdirmişdir.
1997-ci il martın 29-da Bakı şəhərində vəfat etmişdir.
Tarix: 05.02.2015 / 17:42 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Qərbi Azərbaycan