Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardanış - Heyvanat aləmi

Ardanış ərazisində sincab, canavar, tülkü, çaqqal, porsuq, kor siçan, gəlincik, kirpi, dovşan, ilan, qaya kərtənkələsi və keçəmən yaşayır. Keçmişdə kəndin ətrafı sıx meşəlik imiş və bu meşələrdə maral, ayı və digər heyvanlar geniş yayılıbmış. Son dövrlərdə də "Adatəpə" ərazisində maral sümükləri və buynuzlarının qalıqları tapılırdı. "Maralbaşı" toponimi də bununla bağlı yaranmışdır. Sonralar həmin meşəliklər insan fəaliyyəti nəticəsində məhv olub və burada yaşayan heyvan növlərinin bir qisminin kökü kəsilmişdir. Məməli heyvanlardan əlavə, Ardanış ərazisində çoxlu quş növü, o cümlədən kəklik ("Qırmızı kitab"a düşüb), boz sərçə, qartal, torağay, qırğı, arı quşu, sarıköynək, qarğa, sığırçın, alabaxta, bildirçin, qaranquş, şanapipik (hop-hop), çobanaldadan, ağacdələn, göyərçin, bayquş, alacəhrə və sağsağan, "Göyçə gölü"ndə qağayı, su ördəyi, qarabatdaq, mövsümlə əlaqədar olaraq hacıleylək və digər köçəri quşlar da yaşayır. Faunanın tərkib hissəsi sayılan həşəratlara gəlincə, bu sahədə vaxtilə kifayət qədər elmi-tədqiqat işləri aparılmadığından müvafiq məlumatları bu gün elmi mənbələrdən əldə etmək mümkün deyildir. Lakin müşahidələrimiz söyləməyə əsas verir ki, Ardanış ərazisindəki torpaqlarda yüzlərlə həşərat növü yaşayırdı.


Tarix: 07.02.2015 / 13:15 Müəllif: Feriska Baxılıb: 138 Bölmə: Qərbi Azərbaycan
loading...