Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üçkilsə rayonu

Üçkilsə - Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində rayon. Ağrı vadisi rayonu ərazisində rayon.

1930-cu il sentyabrın 9-da yaradılıb. 1945-i il martın 12-nə qədər Vağarşapat rayonu, həmin tarixdən etibarən isə Eçmiədzin rayonu adlandırılıb. Ərazisi 379 kv km-dir. Rayon mərkəzi respublika tabeli Üçkilsə (dəyişdirilmiş adı Vağarşapat,Eçmiədzin) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir. Rayon mərkəzindən Abaran (Kasax) çayı, Güney Azərbaycanla sərhəddindən isə Araz çayı axır.

Qədim xəritələrdə qeyd olunan Kasax çayının adı (Qazax sözündə olduğu kimi) qədim Kaz+as (kas+as) tayfa adı ilə bağlı olub,xəzər-azər tayfaları adı ilə eyni kökdəndir. 1932-ci ilin inzibati bölgüsünə görə Üçkilsə rayonu ərazisində olan kəndlərdən 52-də sırf azərbaycanlılar yaşayırdılar. Lakin Zəngibasar rayonunun tez-tez yaradılıb ləğv edilməsi Üçkilsə rayonu da ərazi dəyişikliyinə məruz qalıb.

Tarixi
Eçmiədzin toponiminin qədim türk dilində "Əcdad", "ata", "baba" mənasını verən "eçi" ( m- I şəxsin təkinə aid mənsubiyyət şəkilçisidir) və "çöl" mənasını verən "yazı" komponentlərindən ibarət olduğu ehtimal edilir. Yəni "Əcdadların çölü", "Əcdadların yurdu" Eçmiədzin sözünün "Üç müədzin" birləşməsindən əmələ gəldiyi ehtimalı da var. Bu ehtimal isə Üçkilsə variantı ilə bir növ təsdiq olunur.

İrəvan xanlığı ərazisində yaşayan Oğuz boyları VII-ci əsrdən etibarən islam dinini qəbul etməyə başladıqlarından, ermənilər tədricən gəlib Eçmiədzin kilsəsinə və digər kilsələrə sahib çıxmışdılar. Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı. (Мамедов С.А., Азербайджан по источникам XV - первой половины XVIII вв., Бакы, 1993, səh.41.).

1905-ci ilin iyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk edirlər. İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. M.S.Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: "İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi".
1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313176 nəfər olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302965 nəfər qalmışdı. 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi. (Заварян С., Экономические условия Карабаха и голод 1906-1907 г., Перевод с армянского, С.Петербург, 1907, səh. 61.)

1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Eçmiədzində 84 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşmüşdü.(Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, siy.10, iş 80)


Tarix: 07.02.2015 / 14:06 Müəllif: Feriska Baxılıb: 143 Bölmə: Qərbi Azərbaycan
loading...