Yaqublu (Pəmbək)
Tarixi
Yaqublu İrəvan quberniyasının Aleksandropol qəzasında. indi Quqark rayonunda kənd və rayon mərkəzi. Pəmbək çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.305) qeyd edilmişdir.
Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 43 nəfər azərbaycanlı yaşamışdır (415, s.52-43). XX əsrin əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar buradan qovulmuşdur. İndi ermənilər yaşayır.
Toponim yaqublu etnonimindən (92, s.23) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 1.IV.1945-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Meğrud, 25.V.1983 - cü il fərmanı ilə yenidən dəyişdirilərək Quqark qoyulmuşdur.
Tarix: 06.02.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Qərbi Azərbaycan
loading...