Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabunçu (Qəmərli)

Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. ""İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında, Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimi qeyd edilmişdir.

Kəndin başqa adı Şeyxzadə Əli Sabunçu olmuşdur.

Toponim türk mənşəli sabunçu tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 25.01.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur.

Coğrafiyası və iqlimi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 89 km şimal-qərbdə, Gərni çayından axan arxın yanında yerləşir.

Əhalisi
Kənddə 1831-ci ildə 474 nəfər, 1873-cü ildə 951 nəfər, 1886-cı ildə 1050 nəfər, 1897-ci ildə 1000 nəfər, 1904-cü ildə 1397 nəfər, 1914-cü ildə 1537 nəfər, 1918-ci ilin yanavarında 202 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 219 nəfər, 1926-cı ildə 285 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülümüşdür.

1000 nəfər azalma daşnakların soydaşlarımıza qarşı törətdikləri genosidin miqyasından xəbər verir.


Tarix: 06.02.2015 / 18:55 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Qərbi Azərbaycan
loading...