Coğrafiyası və iqlimi
Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir (348, s.252).
Əhalisi
Kənddə 1831-ci ildə 111 nəfər, 1873 - cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914 - cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur (309, s.205). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər (415, s.76-77, 146-147), 1987-ci ildə 16-18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Toponim türk dilində "dağ, təpə" mənasında işlənən ur sözünə (339, s.415) türk dillərində yer məzmunu əmələ gətirən - ud şəkilçisinin birləşməsindən əmələ gəlib "dağlı, təpəli, yerdə salınan kənd" mənasını verir. Erm.SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vorotan qoyulmuşdur 1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar.
İqtisadiyyatı
Əkinçilik və heyvandalıq
Tarix: 06.02.2015 / 19:07 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Qərbi Azərbaycan