Sərdarabad qalası
Sərdarabad mahalının Sərdarabad (03.01.1935-ci ildən Hoktemberyan) rayonu ərazisində türk-müsəlman qalasıdır. İrəvan sərdarı tərəfindən tikildiyi üçün onun şərəfinə Sərdarabad adlandırılıb. Türkiyə sərhəddində yerləşən qala İrəvan şəhərinin qapısı sayıldığından həmişə xarici hücumların əsas zərbəsini öz üzərinə götürüb. XIX əsrdə rusların hücumu zamanı qala zədələnmişdir. 1930-cu il sentyabrın 9-da Sovet hakimiyyəti dövründə mərkəzi Sərdarabad qalası olmaqla Sərdarabad rayonu yaradılmış, 03.01.1935-ci ildə isə adı dəyişdirilərək Hoktemberyan adlandırılmışdır.
Tarix: 05.02.2015 / 14:14 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Qərbi Azərbaycan
loading...