Tarixi
Qəmərli rayonuna daxil olan Böyük Gilanlar kəndindən 10 km cənub-qərbdə, Əliqırıq bulağının yanında, Pirdağı dağının ətəyində yerləşir. 1930-cu ilin əvvəllərində Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur.
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Erməni mənbələrində Əliqrağı, Əlikrık formalarında qeyd edilir.
Kəndin adı XX əsrin 30-cu illərində Əliqoıx kimi rəsmiləşdirilmişdir.
Erm.SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Blraşen qoyulmuşdur.
Toponim əfşar türk tayfasına məxsus qırıqlı etnonimi əsasında formalaşıb, «Qırıqlı tayfasından olan Əliyə məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
Kənddə 1873-cü ildə 110 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 251 nəfər, 1904-cü ildə 202 nəfər, 1914-cü ildə 253 nəfər, 1916-cı ildə 355 nəfər, 1918-ci ilin yanvarında 202 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Azərbaycanlılar 1918-ci ilin fevralında ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.
Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 55 nəfər azərbaycanlı yaşamışdır. 1929-30-cu illərdə xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1931-ci ildə 46 nəfər azərbaycanlı, 79 erməni, 1959-cu ildə 90, 1962-cı ildə 62 nəfər əhali (əksəriyyətini azərbaycanlılar təşkil etmişdir) yaşamışdır. 1962-cı ildən sonra azərbaycanlılar kənddən köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Tarix: 06.02.2015 / 19:21 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Qərbi Azərbaycan