Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetində fəaliyyəti

Ə.Əmiraslanov 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsinə təyin edilmiş, 1993-cü ildə həmin universitetinin onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir.Kafedranın işi yenidən qurulmuş, gənc və perspektivli kadrlar elmi və praktik işlərə cəlb edilmişdir.

Akademik Ə.Əmiraslanov 470-dən cox elmi əsərin, 19 monoqrafiyanın, 29 dərslik, dərs vəsaiti və tədris-metodik vəsaitin, 16 ixtira və səmərələşdirici təklifin, 8 metodik tövsiyyənin, onlarca elmi-kütləvi məqalələrin müəllifidir. Onun universitet rəhbərliyi dövründə rəhbərliyi altında 6 nəfər tibb elmləri doktoru və 22 nəfər tibb elmləri namizədi hazırlanmışdır.

Tibb Universitetində Ə.T.Əmiraslanov rəhbərliyi altında bir sıra islahatlar və yeniliklər aparılır. Yeni tədris binası tikilib istifadəyə verilmişdir. Yeni tədris binasında 10 nəzəri kafedra, tibbi kitabxana, "Təbib" nəşriyyatı yerləşdirilib. Binada 750 yerlik geniş akt zalı vardır. Kafedraların bazaları genişləndirilməklə tədris otaqları və laboratoriyalar zəruri avadanlıqlarla təchiz edilmişdir. Hazırda əczaçılıq fakültəsində bakalavr və magistrlərin hazırlanması, tibbi-biologiya, müalicə-profilaktika, pediatriya, tibbi-profilaktika, stomatologiya fakültələrində kliniki fənnlərdən dərs saatlarının artırılması, tədrisin yenidən qurulması və elmi-tədqiqat işlərinin keyfiyyətinin yaxşılaşdırılması, onların elmi nəticələrinin səhiyyə praktikasına tətbiqi və s. uğurla həyata keçirilir.

Prezident İlham Əliyevin prezidentin Ehtiyat Fondundan ayırdığı vəsait hesabına Universitet Klinikaları inşa edilmishdir. Tibb universiteti 1999-cu ildən bir sıra Azərbaycan universitetləri ilə birlikdə Qara dəniz hövzəsiətrafı ölkələrin ali məktəblər birliyinə üzv olmuşdur.


Tarix: 06.02.2015 / 17:40 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Qərbi Azərbaycan
loading...