Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zərkənd

Haqqında
Zərzibil – İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 15 km şərqdə, Məzrə çayının yaxınlığında yerləşir. Basarkeçər kəndindən (indiki Vardenis şəhəri) 15 km şimal-şərqdəki oğuz kurqanlarının qalıqları onun qədim tarixi barədə mülahizələrə tam mənada əsas verir. Zərkənd kəndinin adı Qafqazın beşverstlik xəritəsinə də düşüb.

Kənddə 1831-ci ildə 202 nəfər, 1873-cü ildə 462 nəfər, 1886-cı ildə 653 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 963 nəfər, 1914-cü ildə 1005 nəfər, 1916-cı ildə 968 nəfər azərbaycanlı yaşamışdır.

1918-1920-ci illərdə baş verən erməni vəhşəti Zərkəndə də təsir etmiş, əhali yerindən oynamağa məcbur olmuş, bununla bağlı əhalinin sayı azalmışdır. 1922-ci ildə 581 nəfər, 1926-cı ildə 631 nəfər, 1931-ci ildə 808 nəfər, 1988-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır.

Həmçinin
İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd. 1728-ci ilə аid mənbədə İrəvаn əyаlətinin Zаrzəmin nаhiyəsində kənd аdı kimi qеyd оlunmuşdur.

1919-cu ildə kənddə Türkiyədən gəlmə еrmənilər də yеrləşdirilmişdir. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 17 km məsаfədə yеrləşir.

3 yаnvаr 1935-ci ildə kəndin adı Zərkənd, 19 аprеl 1991-ci ildə isə kəndin adı Kut qoyulmuşdur.

1988-ci ilin sоyqırımındа kənddən həlаk оlаnlаr. Аllаhvеrdiyеv Şəmsəddin İmаn оğlu (1937), Bаbаyеv Nərimаn Şаhməmməd оğlu (1936), Ismаyılоvа Fəхrəndə Mеhrаlı qızı (1978), İsаqоv Qədim Səməd оğlu (1932), Qоcаyеv Tеymur Ələsgər оğlu (1930),

Şəxsiyyətləri
Aşıq Şirin - yaradıcı aşıq
Aşıq İdris — ustad aşıq
Aşıq Əli - ustad aşıq.
Arzu Səmədbəyli (Səmədov Arzu Həbib oğlu) — Millət vəkili (2005-2010).
Ramiz Bayramov - tibb elmləri doktoru (2011), professor (2014)
Aqil Səmədbəyli – millət vəkili, sosial elmlər namizədi.
Əliyev Habil Mikayıl oğlu - “Azərbaycan bayrağı” ordenli şəhid.
İbrahimov Xəqani Sultanəli oğlu - şəhid
Nəcəfov Yəhya Əlfalı oğlu - şəhid.
İbrahimov Əlibaba Eynulla oğlu - şəhid.
Abbasov Azad Alı oğlu - şəhid
Əhməd İsmayılov - texnika elmləri namizədi (1992)
Şahin Bayramov - kimya elmləri namizədi (1993)
Niyazi İsayev - tibb elmləri namizədi (2004)
Rasim Bayramov - tibb elmləri namizədi, dosent (2014)
Alışan İsmayılov
Namiq Nəbiyev
Ramin İsayev
Qurban Göyçəli ( əsl adı Həsənov Qurban Feyzi oğlu ) - gənc şair.


Tarix: 06.02.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 292 Bölmə: Qərbi Azərbaycan
loading...